Skip to main content

EU4Youth Əlaqələndirmə və Dəstək Proqramı

Təsvir
Bu layihə (EY4Youth proqramının 3-cü komponenti) EU4Youth proqramının səmərəli fəaliyyətinin təmin edilməsinə, onun müvafiq siyasətə dair dialoqlara, fəaliyyətlərə və digər proqramlara uyğun olmasına, o cümlədən fəaliyyətlərin qarşılıqlı şəkildə gücləndirilməsi və təkrarların olmaması üçün digər proqramlar ilə sinerjilərin yaradılmasına yönəlmişdir.
Konkret məqsədi
Layihənin məqsədləri aşağıdakı kimidir:
- Layihənin bütün komponentləri, eləcə də başqa mühüm proqramlar, donorlar və təşkilatlar arasında sinerjilərin tədqiqi (zəruri hallarda birgə məlumatla);
- EU4Youth proqramının qrant müqavilələrinin icrasına və həmin müqavilələrə nəzarətə dəstək;
- Layihənin Koordinasiya Komitəsinin təşkilati, əlaqələndirmə, nəzarət və hesabatvermə funksiyalarına dəstək;
- Kommunikasiya və layihə (EU4Youth proqramını tam əhatə edən məlumatların) haqqında məlumatın daha böyük kütləyə çatdırılması ilə bağlı fəaliyyətlərin həyata keçirilməsi;
- EU4Youth proqramının konsepsiyasının məzmun baxımından daha da inkişafına kömək və bu sektorla əlaqəli peşəkar məsləhətlərin təmin edilməsi;
- EU4Youth proqramının müvafiq siyasətə dair dialoq və fəaliyyətlərə uyğunluğuna dəstək (xüsusilə də çoxtərəfli ŞT strukturunun 4-cü Platforma (Platform 4) və müvafiq Təhsil, mədəniyyət və gənclər paneli ilə uyğunluğu çərçivəsində).
Gözlənilən nəticələr
Layihə çərçivəsində iki qrup fəaliyyət həyata keçirilir:
- Birinci qrup fəaliyyətlər: Proqramın layihəsinin hazırlanması, idarə edilməsi, nəzarət və hesabatvermə (beş fəaliyyətdən ibarətdir);
- İkinci qrup fəaliyyətlər: Ümumi koordinasiya, əlaqələndirmə və peşəkar məsləhətlərin təmin edilməsi (doqquz fəaliyyətdən ibarətdir).
Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Yaradan tərəfdaşlıq, Səlahiyyətləndirən tərəfdaşlıq, Səlahiyyətləndirən tərəfdaşlıq
Alt sektor:
Məşğulluq və sahibkarlıq, Gənclərin iştirakçılığı və liderlik, Vətəndaş cəmiyyəti
Mövzular:
Gənclər, Vətəndaş cəmiyyəti, Məşğulluq
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
27.08.2018
Bitmə tarixi:
31.08.2023
Sosial media:

Aİ Layihə nömrəsi:
399-510