Skip to main content

CyberEast - Şərq Tərəfdaşlığı regionunda kibercinayətlərə qarşı kiberhazırlıqlılıq.

Təsvir
Avropa Birliyi və Avropa Şurasının birgə layihəsinin məqsədi Kibercinayətkarlıq üzrə Budapeşt Konvensiyasına və onun əlaqəlı sənədlərinə uyğun olaraq hüquqi islahatların sürətləndirilməsindən, kibercinayətkarlıq, elektron sübutlar və cinayət ədliyyəsi ilə məşğul olan qurumlar arasında əməkdaşlığın gücləndirilməsindən, bu sahədə beynəlxalq əməkdaşlığın və inamın artırılmasından, eləcə də cinayyət edliyyəsi, kibercinayətkarlıq və elektron sübutlar sahəsində hüquq mühafizə orqanları və internet təchizatçıları arasında əməkdaşlığın artırılmasından ibarətdir.
Konkret məqsədi
Layihənin məqsədi, Şərq Tərəfdaşlığı ölkələrinin kibertəhdidlərlə mübarizəni və bu sahədə ümumi təhlükəsizliyini yaxşılaşdırmaq üçün kiberhazırlılığı və cinayət mühakimə imkanlarını artırmaq və inkişaf etdirməkdir.
Gözlənilən nəticələr
Layihənin fəaliyyətləri Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrə aşağıdakı nəticələrə nail olmaq üçün dəstək ətrafında qurulur:
- Budapeşt Konvensiyasının maddi hüquq və prosedur qaydalarının milli qanunvericilikdə həyata keçirilmə səviyyəsi;
- Kibercinayətlərlə əlaqəli yenidən baxılmış və qəbul edilmiş strategiya və fəaliyyət planları;
- Daha güclü və operativ ixtisaslaşmış kibercinayətkarlıqla mübarizə bölmələri;
- Qurumlararası təkmilləşmiş əməkdaşlıq və məlumat mübadiləsi;
- Vətəndaş iştirakı, nəzarət və kibercinayətkarlıqla əlaqəli fəaliyyətin təkmilləşdirilməsi;
- Kibercinayətkarlıq və elektron dəlillər sahəsində beynəlxalq əməkdaşlığın təkmilləşdirilməsi;
- Hüquq mühafizə orqanları ilə özəl sektor arasında dövlət-özəl əməkdaşlığın mövcudluğu.
Layihə xəritəsi
Foto qalereya
CyberEast Closing Conference_14 December 2023
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Əlaqələndirən tərəfdaşlıq, Qoruyan tərəfdaşlıq
Alt sektor:
Rəqəmsal (geniş zolaqlı, mobil, elektron hökumət, rəqəmsal innovasiyalar, kiber), Təhlükəsizlik və münaqişələrin həlli
Mövzular:
Rəqəmsallaşdırma, Təhlükəsizlik
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
20.06.2019
Bitmə tarixi:
31.12.2023
Aİ Layihə nömrəsi:
405-997