Skip to main content

EU4Digital proqramı

Təsvir
EU4Digital təşəbbüsünün məqsədi, Avropa İttifaqının Vahid Rəqəmsal Bazarını Şərqi tərəfdaşlıq ölkələrinə qədər genişləndirmək və iqtisadiyyatı inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, insanların həyatlarını yaxşılaşdırmaq və müəssisələrə kömək məqsədilə rəqəmsal iqtisadiyyatın və cəmiyyətin potensialını inkişaf etdirməkdir. Aİ bu təşəbbüs vasitəsilə rouminq tariflərinin azaldılmasına, iqtisadiyyatların gücləndirilməsinə və elektron xidmətlərin genişləndirilməsinə, eləcə də kibertəhlükəsizliyin əlaqələndirilməsi və logistika sahəsindən tutmuş səhiyyəyə qədər bütün sahələrdə rəqəmsallaşdırma proseslərinin uyğunlaşdırılması, bacarıqların artırılması və rəqəmsal sahədə yeni iş yerlərinin yaradılması üçün yüksək sürətli genişzolaqlı rabitənin inkişafına dəstək verir.
Konkret məqsədi
Proqram ümumilikdə ŞT tərəfdaş ölkələri arasında və Aİ ilə rəqəmsal mühitlərin uyğunlaşdırılması daxil olmaqla, vətəndaşlara, dövlət idarələrinə və müəssisələrə ümumavropa elektron hökumət və elektron biznes xidmətlərinin təmin edilməsində müşahidə olunan mövcud əngəl və maneələri aradan qaldırmaq məqsədi daşıyır.
Gözlənilən nəticələr
Proqramın dəstəyi siyasətə dair altı əsas sahəyə yönəlmişdir:
Telekommunikasiya qaydaları: proqram çərçivəsində 2020-ci ilə qədər ŞT ölkələri arasında vahid rouminq məkanının əldə olunması, Milli tənzimləyici orqanların müstəqilliyinin artırılması və tezlik bölgüsü üzrə əlaqələndirilmiş strategiyaların hazırlanması istiqamətində səylərə dəstək vermək nəzərdə tutulub.
Etimad və təhlükəsizlik: EU4Digital Şərq Tərəfdaşlığı regionunda bir-birini qarşılıqlı əvəz edən transsərhəd elektron xidmətlər üçün mühüm komponentlər hesab edilən rəqəmsal iqtisadiyyat sahəsində etimad xidmətlərinin inkişafına və vacib əhəmiyyət daşıyan infrastrukturun təkmilləşdirilməsi üçün kibertəhlükəsizliyə dəstək verir.
Elektron ticarət: proqramda elektron ticarət, elektron gömrük və elektron logistika üzrə vahid bazaların təşviqi və Rəqəmsal Nəqliyyat Dəhlizləri istiqamətində çalışmaqla Şərqi Tərəfdaş ölkələr arasında və Aİ ilə ticarətin asanlaşdırılmasına və uyğunlaşdırılmasına dəstək vermək nəzərdə tutulub.
İKT-nin innovativ inkişafı: EU4Digital, Aİ-nin təcrübəsinə və qabaqcıl təcrübələrə əsaslanaraq Şərq Tərəfdaşlığı regionu boyunca İKT sahəsində tədqiqatların, startapların və innovasiya ekosistemlərinin inkişafına yönəlmiş islahatları və fəaliyyətləri dəstəkləyir.
Elektron səhiyyə: proqramda həm ŞT ölkələri arasında, həm də Aİ ilə elektron səhiyyə sahəsinə dair uyğunlaşdırılmış milli bazanınhazırlanmasına dəstək nəzərdə tutulub.
Elektron bacarıqlar: EU4Digital, rəqəmsal bacarıq strategiyalarının tətbiqini dəstəkləyir və milli koalisiyalar və rəqəmsal kiçik biznes mandatları qurmaq üçün çalışır.
Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Yaradan tərəfdaşlıq, Yaradan tərəfdaşlıq, Əlaqələndirən tərəfdaşlıq
Alt sektor:
İqtisadiyyat və ticarət, Məşğulluq və sahibkarlıq, Rəqəmsal (geniş zolaqlı, mobil, elektron hökumət, rəqəmsal innovasiyalar, kiber)
Mövzular:
Rəqəmsallaşdırma, Biznes, Məşğulluq
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
01.01.2019
Bitmə tarixi:
31.03.2022
Aİ Layihə nömrəsi:
396-727