Skip to main content

EU4Environment

Təsvir
Avropa İttifaqının “EU4Environment” layihəsinin məqsədi ekoloji fəaliyyətləri dəstəkləməklə, yaşıl inkişaf imkanlarını nümayiş etdirməklə və ekoloji risk və təsirlərin daha yaxşı idarə olunması üçün mexanizmləri müəyənləşdirməklə tərəfdaş ölkələrin (altı)
təbii sərvətlərini qorumağa və əhalinin rifahını yaxşılaşdırmağa kömək etməkdir.

EU4Environment 2017-ci ilin noyabr ayında Şərq Tərəfdaşlığı Zirvə toplantısında “2020-ci il üçün 20 məqsəd” layihəsinin bir hissəsi kimi təsdiqlənmiş əməkdaşlığı nəzərə alır.

Bu Fəaliyyətin beş beynəlxalq təşkilat tərəfindən icra edilməsi nəzərdə tutulur: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, BMT-nin Ətraf mühit Proqramı, BMT-nin Avropa İqtisadi Komissiyası, BMT-nin Sənaye İnkişafı Təşkilatı və Dünya Bankı.
Konkret məqsədi
1. Daha “Yaşıl” qərar-qəbuletmə
Yaşıl inkişafla əlaqədar qurumlararası siyasi dialoq platformalarının və yaşıl iqtisadiyyat hədəflərinin və digər davamlılıq məsələlərinin planlaşdırmaya daxil edilməsinin dəstəklənməsi
İnvestisiya ehtiyaclarının qiymətləndirilməsinə yardım
Beynəlxalq tələblərə tam cavab verən strateji ekoloji qiymətləndirmə (SEQ) və trans-sərhəd ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) üzrə potensialın gücləndirilməsinə və əlaqəli hüquqi islahatların aparılmasına dəstək
Yaşıl iqtisadiyyat, ekoloji fəaliyyət və davamlı həyat tərzi ilə bağlı məlumatlılığın artırılması

2. Dövri iqtisadiyyat və yeni inkişaf imkanları
Kiçik və Orta Müəssisələrə (KOM) strateji və gündəlik qərarlara davamlılıq məsələlərinin daxil edilməsi istiqamətində dəstəyin göstərilməsi
“Yaşıl” məhsullar üçün vahid bazar ilə əlaqəli Aİ konsepsiyaları və alətlərinin təşviqi
“Yaşıl” dövlət satınalmaları və xidmətlərinin həyata keçirilməsinə dəstək
Tullantıların idarə olunması məsələlərinin həllinə dəstək
Yaşıl iqtisadiyyatın prioritet sektorları (məs., enerji səmərəliliyi, kənd təsərrüfatı/qida, tikinti, davamlı turizm və ya regional inkişaf) üzrə islahatların aparılmasına texniki dəstək
KOM-lar arasında ekoloji dəyər zənciri və məhsul innovasiyasına dəstək

3. Ekoloji cəhətdən bərabər şərtlərin təmin edilməsi
Böyük müəssisə və KOM-ların ekoloji fəaliyyətini təşviq edən “ağıllı” qaydaların və siyasi alətlərinin müəyyən edilməsində yerli qurumlara dəstək
Ekoloji tələblərlə uyğunluğu təmin etmək məqsədi ilə uyğunluğun təşviqi və tətbiqi müəssisələrinin və alətlərinin səmərəliliyinin gücləndirilməsi
Yaşıl dövlət investisiya strategiyaları və proqramlarının layihələndirilməsində və dəyərləndirilməsində yerli qurumlara yardım
Ətraf mühitin idarə olunmasında inzibati potensialın dəstəklənməsi
Müvafiq dövlət qulluqçuları və digər maraqlı tərəflərə təlimlərin keçilməsi

4. Ekosistem xidmətləri və yaşayış şəraiti
Aİ və qonşu ölkələrin daxil olduğu mühafizə olunan ərazilərin paylaşılan şəbəkəsinin yaradılması
Qeyri-oduncaq məhsullarının istehsalını, biokütlə ilə əlaqəli enerji səmərəliliyini artırmaq məqsədi ilə meşələrin mühafizəsi və davamlı istifadəsi üzrə ictimai fəaliyyətlərin dəstəklənməsi
Qeyri-qanuni oduncaq ticarətini məhdudlaşdıran tədbirlər
Davamlı ekosistem xidmətlərinin idarəsi ilə bağlı innovativ maliyyələşdirmə sxemlərinin müəyyənləşdirilməsi və inkişafına dəstək

5. Biliyin paylaşılması və koordinasiyası
Fəaliyyətin daha da yayılması üçün strateji kommunikasiya fəaliyyətlərinin görülməsi
Təşəbbüsün müxtəlif elementlərinin regional koordinasiyası
İqtisadi və ekoloji məqsədlərin inteqrasiyası ilə tərəqqiyə nəzarət və Yaşıl İnkişaf Göstəriciləri əsasında hesabatların hazırlanması
Gözlənilən nəticələr
Ekoloji və iqtisadi iştirakçıları bir araya gətirməklə, “EU4Environment” layihəsi siyasət və qanunvericilikdə dəyişikliklərin edilməsinə, yaşıllaşdırma ilə bağlı planların qurulub investisiyaların yatırılmasına, innovativ texnologiyaların qəbulunun situmullarşdırılmasına, yeni biznes modellərinin qəbuluna, “yaşıl” iş yerlərinin yaradılmaısna kömək edir. Bu layihə, eyni zamanda, daha yaxşı idarəetməni, mühafizə olunan ərazilərin, meşələrin və davamlı ticarətin təkmilləşdirilmiş idarəetmə sistemini təşviq edir.
Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
Kick-off Stakeholders Meeting on Industrial Waste Mapping (IWM) activities of the “Circular Economy and New Growth Opportunities” Component within the EU4Environment Action in Azerbaijan
Video qalereya
Introduction of eco-innovation methodology among SMEs in Georgia
Transboundary Environmental Impact Assessment and its benefits for Eastern Partner countries (Armenian)
Sustainable Public Procurement
Transboundary Environmental Impact Assessment and its benefits for Eastern Partner countries
Green Growth Indicators
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Yaşıllaşdıran tərəfdaşlıq
Alt sektor:
Ətraf mühit və iqlim dəyişikliyi
Mövzular:
Ətraf mühit
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna
Layihənin statusu:
Davam edir
Başlama tarixi:
01.01.2019
Bitmə tarixi:
31.12.2024
Aİ Layihə nömrəsi:
387-398, 404-254 & 421-449