Skip to main content

Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (ENPI) Şərq regionunda və Mərkəzi Asiyada istifadə olunmamış təhlükəli kimyəvi maddələr probleminin həlli məqsədilə köhnəlmiş pestisidlərin təkrar istifadəsinin qarşısının alınması üçün bacarıqların artırılması

Təsvir
Layihədə təhlükəli kimyəvi maddələrin nümunəvi qrupu kimi pestisidlərə xüsusi diqqət ayrılaraq təhlükəli tullantılarla bağlı riskin azaldılması və kimyəvi maddələrin istifadə müddətinin idarə edilməsinin təkmilləşdirilməsi yolu ilə regionda ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına töhfə verilir.
Konkret məqsədi
- Köhnəlmiş pestisidlər və təhlükəli kimyəvi maddələrlə bağlı risklər barədə məlumatlılığın artırılması.
- Pestisid ehtiyatlarının inventarlarını tərtib etməklə problem haqqında bilikləri təkmilləşdirmək, eləcə də çirklənmiş ərazilərin bərpasının risk qiymətləndirməsini aparmaq üçün yerli orqanların potensialının gücləndirilməsi.
- Aİ-nin siyasət yanaşmalarına və çoxtərəfli ekoloji sazişlərə uyğun olaraq hüquqi bazanın təkmilləşdirilməsi.
- Pestisidlərin istifadə müddətinin idarə edilməsinin effektivliyini artırmaq və pestisidlərin istifadəsini azaltmaq üçün strategiyaları təşviq etməklə köhnəlmiş pestisidlərin təkrar istifadəsinin qarşısının alınması.
Gözlənilən nəticələr
- Köhnəlmiş ehtiyatların kompleks inventarlarının işlənib hazırlanması.
- Sağlamlıq, təhlükəsizlik və ətraf mühit ilə uyğunluğun beynəlxalq səviyyədə tanınmış standartlarını nümayiş etdirmək üçün təhlükəsizlik üzrə bir sıra layihələrin həyata keçirilməsi.
- Regional utilizasiya variantlarını müəyyən etmək üçün regionda pestisidlərin və tullantıların idarə edilməsi potensialına dair sorğunun keçirilməsi.
- Strateji sənədlərin və qanunvericilik aktlarının hazırlanmasına dəstək göstərmək.
- Pestisidlərə məruz qalma risklərinin azaldılması və pestisidlərə alternativ vasitələrin təşviqi haqqında məlumatlılığı artırmaq üçün milli kampaniyaların hazırlanması.
- Riskin qiymətləndirilməsi və tullantıların idarə edilməsi sahəsində bacarıqların artırılması üzrə fəaliyyətlərin həyata keçirilməsi.
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Yaşıllaşdıran tərəfdaşlıq
Alt sektor:
Ətraf mühit və iqlim dəyişikliyi
Mövzular:
Ətraf mühit
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
01.01.2011
Bitmə tarixi:
31.12.2017