Skip to main content

İş qadınları (Women in Business)

Təsvir
Aİ tərəfindən maliyyələşdirilən İş Qadınları proqramı qadınlar tərəfindən idarə olunan kiçik və orta müəssisələrə inkişaf etmək üçün lazım olan maliyyə və praktik bacarıqlardan istifadə etməyə kömək edir. AYİB müəssisələrin daha rəqabət qabiliyyətli olmasına kömək etmək üçün biznes məsləhət xidməti ilə yanaşı, qadınlar tərəfindən idarə olunan KOM-larla çalışan yerli banklara kredit xətləri vasitəsilə maliyyədən istifadə etmək imkanı verir. Qadın sahibkarlara təcrübələrini bölüşmək və bir-birlərindən öyrənməsinə imkan yaratmaq məqsədilə proqram həmçinin qadınlara təlim, mentorluq və digər dəstək təklif edir.
Konkret məqsədi
Layihənin konkret məqsədi, qadınların sahibkarlıq fəaliyyətini və daha geniş mənada, qadınların rəhbərlik etdiyi müəssisələrin maliyyələşmə imkanlarını dəstəkləməklə yanaşı, qadınların rəhbərlik etdiyi KOBİ-lərə biznes məsləhət xidmətləri göstərməklə iş qadınlarının fəaliyyətini təşviq etməkdir.
Gözlənilən nəticələr
- Davamlı inkişaf və yeni iş yerlərinin yaradılması üçün iş qadınlara məxsus KOB-ların maliyyəyə çıxış imkanın dəstəklənməsi.
- Xüsusilə qadınlar tərəfindən idarə olunan KOB-lar üçün uyğun olan dayanıqlı maliyyə məhsullarının hazırlanması.
- Məsləhət xidməti və praktiki bacarıqlar əldə etməkdə qadınlara məxsus KOB-lara yardımın göstərilməsi.
- Əsas sahibkarlıq bacarıqlarına dair təlimlərin keçirilməsi.
- Mentorluq və şəbəkə seminarlarının təşkili.
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Yaradan tərəfdaşlıq, Yaradan tərəfdaşlıq, Səlahiyyətləndirən tərəfdaşlıq
Alt sektor:
İqtisadiyyat və ticarət, Məşğulluq və sahibkarlıq, İnklüzivlik
Mövzular:
Biznes, Qadınlar
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
30.12.2015
Bitmə tarixi:
29.12.2022
Sosial media:

Aİ Layihə nömrəsi:
371-312