Skip to main content

EU4Energy: İnkişaf üçün Yaşıl Fond (GGF)

Təsvir
İnkişaf üçün Yaşıl Fond (GGF), Avropa İttifaqı tərəfindən dəstəklənən, Qonşuluq regionu ölkələrində enerji və resursların səmərəliliyinin və bərpa olunan enerjidən istifadənin artırılmasına yönəlmiş ixtisaslaşmış bir fonddur. Bu fond sözügedən sektorlarda iştirakını artırmaq istəyən maliyyə qurumlarına yenidən maliyyələşdirmə təmin edir, eyni zamanda birbaşa enerji səmərəliliyinə və bərpa olunan enerji layihələrinə sərmayə yatırır. Bu layihə fondun Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadakı fəaliyyət dairəsini genişləndirir.
Konkret məqsədi
- Enerjinin səmərəliliyi və bərpa olunan enerji üzrə sərmayələrin maliyyələşdirmə bazasının genişləndirilməsi.
- Məlumatlılığın artırılması və inkişaf ehtiyaclarına yönəlmiş maliyyə sektorunun dərinləşdirilməsi.
- Donor təşəbbüslərinin uyğunlaşdırılması və əlaqələndirilməsi.
Gözlənilən nəticələr
- İnkişaf banklarından və özəl sektordan vəsaitlər səfərbər etməklə donor maliyyəsinin cəlb edilməsi.
- Kiçik və orta sahibkarlıq müəssisələri (KOB-lar), ev təsərrüfatları və bələdiyyələrə yerli maliyyə qurumları vasitəsilə (təkrar olmaq şərtilə) enerjinin səmərəliliyinə və bərpa olunan enerji mənbələrinə yönəlmiş sərmayələrin təkrar maliyyələşdirilməsi.
- Bacarıqların artırılması, məsləhət xidməti və təlim tədbirlərinin təmin edilməsi və bununla da kredit əməliyyatlarının bundan sonra da dəstəklənməsi.
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Yaşıllaşdıran tərəfdaşlıq
Alt sektor:
Enerji və enerjinin səmərəliliyi
Mövzular:
Energetika
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna
Layihənin statusu:
Davam edir
Başlama tarixi:
01.01.2009
Bitmə tarixi:
31.12.2030
Veb-sayt:
http://www.ggf.lu/
Aİ Layihə nömrəsi:
401-728 & 404-478