Skip to main content

Şərq Tərəfdaşlığı regionunda mütəşəkkil cinayətkarlıqla mübarizə (II mərhələ)

Təsvir
"Şərq Tərəfdaşlığı regionunda mütəşəkkil cinayətkarlıqla mübarizə" layihəsinə Avropol rəhbərlik
edir. Layihənin məqsədi Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin əməliyyat və strateji potensialını
Cinayət Təhdidlərinə Qarşı Avropa Multidissiplinar Platforması (EMPACT) ilə uyğun şəkildə
artırmaq, EMPACT-ın dəstəklənməsi məqsədilə ŞT ölkələri və Aİ-yə üzv dövlətlər arasında
əlaqələri gücləndirmək, eləcə də ŞT qurumlarının və müvafiq orqanların EMPACT haqqında bilik
və məlumatlılıq səviyyəsini artırmaqdır. Layihə tərəfdaş ölkələrlə və Aİ-yə üzv dövlətlər arasında
əməliyyatlar üzrə əməkdaşlığın təkmilləşdirilməsini davam etdirəcək. Layihə həmçinin
mütəşəkkil və ağır beynəlxalq cinayətkarlıqla mübarizə sahəsində Aİ siyasəti çərçivəsində bu
sahədə fəaliyyət göstərən Aİ agentlikləri ilə əməkdaşlığı gücləndirməyi hədəfləyir. Şərq
Tərəfdaşlığı regionu ilə əməliyyatlar üzrə əməkdaşlığın təşviqi Aİ-nin siyasət dövrünün əməliyyat
baxımından icrasına töhfə verir. Aİ-nin siyasət dövrü ilə uyğunlaşma sayəsində layihə bütün
müvafiq cinayətkarlıq sahələrində lazımi təcrübəni və koordinasiyanı təmin edəcək.
Layihə vasitəsilə Şərq Tərəfdaşlığı regionundakı digər maraqlı tərəflər, layihələr və fəaliyyətlərlə
qarşılıqlı faydalı əməkdaşlıq imkanları müəyyən ediləcək. Layihə Aİ nümayəndəlikləri ilə birgə
işləyəcək, onları müvafiq layihələr barədə məlumatlandıracaq və hər bir nümayəndəliyin əhatə
etdiyi yurisdiksiyalarda həyata keçirilən fəaliyyətlərə cəlb edəcək.
Layihə Şərq Tərəfdaşlığı regionunun hüquq-mühafizə orqanlarını, təhlükəsizlik sektorunu,
məhkəmə və prokurorluq orqanlarını əhatə etməyi hədəfləyir. Müvafiq hallarda özəl sektor da
prosesə cəlb oluna bilər.
Konkret məqsədi
Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin mütəşəkkil cinayətkarlıqla mübarizə imkanlarının artırılması.
Gözlənilən nəticələr
1. ŞT ölkələrinin Cinayət Təhdidlərinə Qarşı Avropa Multidissiplinar Platformasına (EMPACT) ilə
uyğun olaraq əməliyyatlar sahəsində və strateji potensialı artırılır
2. EMPACT-ın dəstəklənməsi məqsədilə ŞT ölkələri və üzv dövlətlər arasında əlaqələr
gücləndirilir
3. ŞT qurumlarının və müvafiq orqanların EMPACT haqqında bilik və məlumatlılıq səviyyəsi
artırılır.
Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Qoruyan tərəfdaşlıq
Alt sektor:
Təhlükəsizlik və münaqişələrin həlli
Mövzular:
Təhlükəsizlik
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna
Layihənin statusu:
Davam edir
Başlama tarixi:
01.01.2025
Bitmə tarixi:
31.12.2028
Sosial media:

Aİ Layihə nömrəsi:
700002208