PGG III: Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq - Azərbaycanda bərabərliyin təşviq edilməsi
Təsvir
Bu layihə bərabərliyin təşviq ediməsi və ayrı-seçkiliyin qarşısının alınması sahəsində Avropa Şurasının və beynəlxalq standartları təşviq etmək, habelə dövlətdaxili normativ bazanı beynəlxalq standartlara müvafiq uyğunlaşdırmaq və Azərbaycanda bərabərliyin təşviqini və ayrı-seçkiliyin qarşısının alınmasını gücləndirmək üçün həmin standartları tətbiq etmək istiqmətində dövlət orqanlarının, hüquqşünasların və hüquq-mühafizə sahəsində çalışanların, vətəndaş cəmiyyətinin və s. potensialını artırmaq məqsədi daşıyır. Layihə Avropa İttifaqı və Avropa Şurasının “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” birgə proqramının üçüncü Fazası çərçivəsində həyata keçirilir. O, bərabərliyin təşviqi və ayrı-seçkiliyin qarşısının alınması sahəsində Yaxşı İdarəçilik üçün Tərəfdaşlığın əvvəlki mərhələsinin (Faza II 2019-2023) nəticələrinə əsaslanır.
Konkret məqsədi
Layihənin əsas məqsədi bütün müvafiq aktorların biliyini, əməkdaşlığını və şəbəkələşməsini artırmaqla əvvəlki Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq proqramı mərhələsinin bütün maraqlı tərəflərinə və tərəfdaşlarına əlavə dəstək verməkdir. Layihə bu istiqamətdə:
1. Ayrı-seçkiliyə qarşı mübarizə aparmaq üçün dövlət qurumları ilə başlayan işi davam etdirəcək,
2. Bərabərlik və müxtəliflik anlayışlarının dərk edilməsini yaxşılaşdırmaq, həssas qruplardan olan qurbanlar ilə daha yaxşı əlaqə saxlamaq üçün qeyri-dövlət sektorundan maraqlı tərəflər və yerli qurumlarla işləyəcək.

Gözlənilən nəticələr
- Avropa standartları və qabaqcıl təcrübələrə uyğun olaraq bərabərliyin təşviqi və ayrı-seçkiliyə qarşı mübarizə sahəsində əməkdaşlıq mexanizmlərin təkmilləşdirilməsi.
- Ombudsman Aparatı əməkdaşlarının bacarıqlarını artırmaqla insan hüquq və azadlıqlarının səmərəli şəkildə qorunması.
- Ombudsman və vətəndaş cəmiyyəti arasında dialoq vasitəsilə bərabərliyin və daha müxtəlif cəmiyyətin təşviqi istiqamətində işləmək imkanlarının artırılması.
- Dövlət məmurları və geniş ictimaiyyət arasında tolerantlığın təşviqi və ayrı-seçkiliyə yol verilməməsinə dair standartlar haqqında məlumatlılığın artırılması.

Layihə sənədləri
Layihə xəritəsi
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Alt sektor:
Mövzular:
Vətəndaş cəmiyyəti Layihənin statusu:
Davam edir Başlama tarixi:
01.03.2023 Bitmə tarixi:
26.02.2026 Aİ Layihə nömrəsi:
441-959