Skip to main content

Bağlantı üzrə Şərq Tərəfdaşlığı İnvestisiyaları Proqramı (EPIC)

Təsvir
Şərq Tərəfdaşlığında Nəqliyyat Əlaqələrinin Gücləndirilməsi üzrə İnvestisiyaları Proqramı (EPIC) Şərq Qonşuluğu regionunda nəqliyyat şəbəkələrinin təkmilləşdirilməsinə və bu region daxilində, eləcə də Şərq Tərəfdaşlığı (ŞT) ölkələri ilə Avropa İttifaqı (Aİ) arasında nəqliyyat əlaqələrinin gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır. Bu təşəbbüs nəqliyyat əlaqələrinin təkmilləşdirilməsi sahəsində Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynaya pulsuz məsləhət dəstəyi və texniki yardım təmin edir. Layihə çərçivəsində Aİ standartlarına uyğun, o cümlədən iqlim dəyişikliklərinə dayanıqlı və ətraf mühitə zərər verməyən investisiya layihələrinin həyata keçirilməsində Şərq Tərəfdaşlığı ölkələrinə kömək ediləcək.

EPIC proqramı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Avropa İnvestisiya Bankı (AİB) tərəfindən idarə olunan bu proqram Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Dünya Bankı (DB) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Konkret məqsədi
EPIC proqramının məqsədi Şərq Qonşuluğu regionunda Avropa Qonşuluq Siyasətinin (ENP) dəstəklənməsi, eləcə də demokratiyanın, rifahın və əməkdaşlığın genişləndirilməsi üçün vahid məkanın qurulmasına kömək etməkdir. EPIC, həm ŞT regionu daxilində, həm də ŞT ölkələri ilə Avropa İttifaqı arasında nəqliyyat əlaqələrinin təkmilləşdirilməsinə yönəlib.

Konkret olaraq, EPIC layihəsi aşağıdakı hədəflərə çatmağa çalışır:
• Trans-Avropa Nəqliyyat Şəbəkəsi (TEN-T) ilə bağlı prioritet layihələrin seçilməsi, hazırlanması və həyata keçirilməsi üçün beynəlxalq qabaqcıl təcrübələrə və Avropa İttifaqının, o cümlədən beynəlxalq maliyyə qurumlarının tələblərinə uyğun olaraq məsləhət dəstəyi və texniki yardım göstərmək;
• Vətəndaşlar üçün gözəçarpan nəticələr təmin edə biləcək konkret və real nəqliyyat investisiyalarının formalaşdırılmasını təmin etmək;
• Beynəlxalq qabaqcıl təcrübələrə və Aİ-nin tələblərinə uyğun nəqliyyat infrastrukturu layihələrinin hazırlanması və həyata keçirilməsi üzrə yerli qurumların potensialının artırılması.

Gözlənilən nəticələr
Aşağıdakı nəticələrin əldə edilməsi məqsədilə konkret və real nəqliyyat investisiyalarının formalaşdırılmasını təmin etmək:
• Gediş müddətinin və xərclərin azaldılması
• Problemlərin aradan qaldırılması
• Yol təhlükəsizliyinin artırılması
• Nəqliyyat infrastrukturunun iqlim dəyişikliyinə uyğunlaşdırılması
• Aİ-nin Şərq Qonşuluğu ölkələrinin vətəndaşları üçün sosial-iqtisadi və ətraf mühitin qorunması baxımından faydaların təmin edilməsi.
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Yaradan tərəfdaşlıq
Alt sektor:
Bağlantı (nəqliyyat və enerji)
Mövzular:
Nəqliyyat
ŞT ölkələri:
Moldova, Gürcüstan, Ukrayna, Ermənistan, Azərbaycan
Layihənin statusu:
Davam edir
Başlama tarixi:
27.12.2021
Bitmə tarixi:
26.12.2028
Aİ Layihə nömrəsi:
429-833