Skip to main content

EU4Youth: Gənclərin cəlb edilməsi və səlahiyyətləndirilməsi

Təsvir
Daha güclü, sülhsevər və demokratik qurulan cəmiyyətin arxasında fəal və səlahiyyətləndirilmiş gənclər dayanır. Dəyişiklər üçün katalizator kimi oynadıqları mühüm rolu dərk edən gənclər Aİ və Şərq Tərəfdaşlığının (ŞT) ümümi gündəliyinə əvəzsiz tövhə verirlər.

Gənclərin səlahiyyətlənidirlməsinə dair bu öhdəlik “Gənclərin cəlb edilməsi və səlahiyyətləndirilməsi”nə əsaslanan EU4Youth proqramının tərkib hissəsi olan EU4Youth IV mərhələsini ehtiva edir.

Layihənin məqsədi Azərbaycan, Belarus, Ermənistan, Moldova, Gürcüstan və Ukraynadan olan gəncləri siyasət dialoqu və qərarların qəbulu prosesinə fəal şəkildə cəlb edilməsidir. Bu, altı ölkədə gənclər sektorunun əsas maraqlı tərəfdaşlarına potensialın gücləndirilməsində əhəmiyyətli dəstək verir və ŞT regionunda hökumət və qeyri-hökumət təşkilatları ilə Avropa İttifaqındakı müvafiq həmyaşıdları arasında şəbəkəni, mübadiləni və qarşılıqlı öyrənməni təşviq edir.
Konkret məqsədi
Bu təşəbbüsün əsas məqsədi Şərq Tərəfdaşlığı (ŞT) regionunda siyasət nəticələrinin formalaşmasına gənclərin təsirini gücləndirməkdir.

1. Gənclər təşkilatlarının və ictimai institutların ŞT layihəsi kontekstində, eləcə də milli və yerli səviyyələrdə daha çox iştirakçı və strukturlaşdırılmış siyasət dialoqunu birgə həyata keçirmək üçün bacarıqlarının artırılması.
2. ŞT regionunda ucqar / az imkanlara malik, münaqişəyə məruz qalmış ərazilərdən daha çox gənci səfərbər və cəlb etmək üçün gənclərin işinin keyfiyyətini və təbliğatını yaxşılaşdırmaq.
3. ŞT regionundan gənclər şuralarının və gənclər təşkilatlarının öz mandatlarını yerinə yetirmək üçün bilik və bacarıqlarını gücləndirmək, onlara innovativ gənclər layihələri hazırlamaq və həyata keçirmək üçün imkanı yaratmaq.
4. Gənclər Nazirliyi, gənclər idarələrinin və digər seçilmiş dövlət qurumları əməkdaşlarının gənclərin siyasət formalaşdırılması prosesində iştirakçılığı və müəyyən edilmiş sahələrdə dəlillərə əsaslanan siyasətin yaradılması metodlarının təkmilləşdirilməsi istiqamətində təlimləndirilməsi.
5. Hökümət və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığı təşviq etmək istiqamətində məlumat sessiyaları, təlimlər, monitorinq və qiymətləndirmə, tədqiqat və kiçik miqyaslı tərəfdaşlıq layihələrini həyata keçirmək üçün kiçik qrantların verilməsi.

Gözlənilən nəticələr
1. ŞT regionunda gənclər şuralaraının və gənclər təşkilatlarının nümayəndələrinin bilik və bacarıqlarının artırılması.
2. Siyasətin formalaşmasında gənclərin səmərəli iştirakçılığının artırılması.
3. Təsirli nəticələrin əldə olunması ilə gənclər layihəsinin dizaynı və icrasının keyfiyyətinin və effektivliyinin təkmilləşdirilməsi.
4. ŞT regionunda submilli səviyyədə gənclər təşkiatları tərəfindən pilot layihələrin həyata keçriliməsinə dəstək verilmiş, üç sahədə innovativ təcrübələrə isiqamətləndirilmişdir: iqlim dəyişikliyi, daha az imkanlara malik olan gənclərin cəlb edilməsi və hər olkənin xüsusi kontekstinə uyğun olan mövzular.
5. Milli və ŞT səviyyəsində gənclər arasında şəbəkənin yaradılması, mübadilə və qarşılıqlı öyrənmənin təşviqi.
Layihə xəritəsi
EU4Youth: Youth Engagement and Empowerment
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Səlahiyyətləndirən tərəfdaşlıq
Alt sektor:
Mövzular:
Vətəndaş cəmiyyəti, Dialoq, Şərq Tərəfdaşlığı, Təhsil, Səmərəli idarəçilik, Gənclər
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna
Layihənin statusu:
Davam edir
Başlama tarixi:
01.04.2023
Bitmə tarixi:
31.12.2025
Sosial media:

Aİ Layihə nömrəsi:
27928