Skip to main content

Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq III: Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə

Təsvir
Bu layihə qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində beynəlxalq standartları təşviq etməyə davam edəcək, daxili qanunvericiliyin beynəlxalq standartlara daha da uyğunlaşdırılılması və qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə sahəsində beynəlxalq standartların tətbiq edilməsi üçün dövlət qurumlarının, hüquq mühafizə orqanları əməkdaşlarının, vətəndaş cəmiyyəti və digər tərəfdaşların bacarıqlarını gücləndirməyə çalışacaq.
Bu layihə Avropa İttifaqı və Avropa Şurasının 2023-2027-ci illəri əhatə edən “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” birgə proqramının üçüncü mərhələsi çərçivəsində həyata keçirilir. Layihə qadınların ədalət mühakiməsinə çıxış imkanlarının artırılması və qadınlara qarşı zorakılıqla mübarizə sahəsində Yaxşı İdarəçilik üçün Tərəfdaşlığın əvvəlki mərhələlərinin (I mərhələ 2015-2018 və II mərhələ 2019-2023) nəticələrinin davamı olaraq həyata keçirilir.
Konkret məqsədi
Layihə ölkədə qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə bağlı məsələlərə dair ictimaiyyətin məlumatlılığını artırmağı qarşısına məqsəd qoyur. Buna aşağıdakılar vasitəsilə nail olmaq olar:

1. Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığı (QQZ/MZ) sahəsində beynəlxalq standartları təşviq etmək;
2. Müvafiq qurumların, xüsusilə də hüquq-mühafizə orqanlarının QQZ/MZ hallarını səmərəli şəkildə həll etmək və qurumlararası əməkdaşlığı təşviq etmək üçün bacarıqlarının gücləndirilməsi;
3. Gender bərabərliyi və QQZ/MZ sahəsində yerli qanunvericilik və siyasətlərin beynəlxalq standartlara daha da uyğunlaşdırılması üçün yerli tərəfdaşları qanunvericilik və siyasətlərdə dəyişikliklər etməyə təşviq etmək.
Gözlənilən nəticələr
1. Əsas tərəfdaşlar və ümumi ictimaiyyət QQZ/MZ sahəsində beynəlxalq standartlar barədə daha çox məlumata malikdirlər;
2. Bilik və bacarıqlar müvafiq qurumlar tərəfindən beynəlxalq standartlara uyğun olaraq QQZ/MZ hallarını səmərəli şəkildə həll etmək üçün tətbiq edilir;
3. Qurumlararası əməkdaşlıq təşviq edilir;
4. Yerli tərəfdaşlar gender bərabərliyi və QQZ/MZ sahəsində yerli qanunvericilik və siyasətləri beynəlxalq standartlara daha da uyğunlaşdırmaq üçün qanunvericilik və siyasətlərdə dəyişikliklər istiqamətində fəaliyyət göstərirlər.
Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Alt sektor:
Mövzular:
Şərq Tərəfdaşlığı, Səmərəli idarəçilik, Qadınlar
Layihənin statusu:
Davam edir
Başlama tarixi:
01.03.2023
Bitmə tarixi:
28.02.2026
Aİ Layihə nömrəsi:
441-959