Skip to main content

Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının potensialları arasındakı boşluğun aradan qaldırılması

Təsvir
Bu layihənin ümumi məqsədi, Azərbaycanda fəaliyyət göstərən yerli vətəndaş cəmiyyəti təşkilatları, yerli səlahiyyətli orqanlar və Azərbaycandakı digər müvafiq maraqlı tərəflərlə tərəfdaşlıq və əməkdaşlıq çərçivəsində, Azərbaycandakı vətəndaş cəmiyyəti təşkilatlarının potensialının artırılmasına diqqət yetirməklə böhranlardan, o cümlədən 2020-ci ildə alovlanmış münaqişədən və COVİD-19 pandemiyasından təsirlənmiş insanların zəifliklərinin azaldılmasına və dözümlülüyünün artırılmasına töhfə verməkdir.
Konkret məqsədi
Azərbaycanda ölkə miqyasında fəaliyyət göstərən və bütün ölkəni əhatə edən ən böyük vətəndaş cəmiyyəti təşkilatı kimi (VCT) Azərbaycan Qızıl Aypara Cəmiyyətinin gücləndirilməsinə yönəlir. Həm humanitar, həm də inkişaf sahələrində müstəqil və dayanıqlı təşkilatlar kimi öz vəzifələrini yerinə yetirməkdə yerli VCT-lərə dəstəyin göstərilməsinə istiqamətlənir. Həm Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, həm də hədəf VCT-lərin COVİD-19 pandemiyasından və 2020-ci ildə alovlanmış münaqişədən təsirlənmiş ən həssas vəziyyətdə olan icmaların bərpa və dolanışıqla bağlı ehtiyaclarının (yardımdan başqa) qarşılanmasına köməklik göstərməsinə dəstək verməklə Azərbaycanda mövcud olan hazırkı böhranlara yönəlir. Həmçinin hədəf VCT-ləri əhalinin zəifliklərinin azaldılmasına dayanıqlı şəkildə və insan yönümlü yanaşma vasitəsilə dəstək göstərmək məqsədilə ilk iki nəticə vasitəsilə əldə edilən bilik və təcrübələri tətbiq etmək üçün resurslarla təmin edərək ilk iki nəticəni tamamlamaq üçün nəzərdə tutulub.
Gözlənilən nəticələr
Nəticə 1: Azərbaycan Qızıl Aypara Cəmiyyəti, böhranlardan sonra bərpa üçün insanların dirçəliş strategiyalarını yaxşılaşdırmaq məqsədilə müvafiq fəaliyyətləri yerinə yetirmək üçün güclü və dayanıqlı strukturlara, sistemlərə və yanaşmalara malikdir. Bu nəticə, bölmələrin və könüllülərin inkişafı, pul və vauçer yardımı və psixi sağlamlıq və psixososial dəstək sahələrinə yönələn vahid strukturlaşdırılmış yanaşma vasitəsilə əldə ediləcək.
Nəticə 2: Yerli VCT-lər, Azərbaycanda əhalinin ən həssas qrupuna daxil olan icmaların ehtiyaclarının müəyyənləşdirilməsi və qarşılanması istiqamətində müstəqil subyektlər kimi öz vəzifələrini yerinə yetirmək üçün cavab tədbirlərini gücləndirmiş və əməliyyatlarının (maliyyə, hüquqi və tənzimləyici) dayanıqlılığını artırmışdır. Bu nəticə, Azərbaycandakı yerli VCT-lər üçün potensialın gücləndirilməsi üzrə təşkil edilmiş fəaliyyətlərin (təlimlər, seminarlar) birgə istifadəsi yolu ilə əldə olunacaq.
Nəticə 3: Böhranlardan təsirlənmiş ailələr və fərdlər dolanışıq, bərpa və informasiya ilə bağlı ehtiyaclarını birgə, təhlükəsiz və ləyaqətli şəkildə qarşılaya bilir. Bu nəticə, Azərbaycanda böhranlardan təsirlənən insanların dolanışıq və bərpa ilə bağlı ehtiyaclarına yönəlmiş yerli səviyyəli fəaliyyətlər planını hazırlamaq, layihələndirmək və icra etmək üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətini və yerli VCT-ləri zəruri resurslarla təmin edərək ilk iki nəticənin davamı kimi əldə olunacaq. Hədəf təşkilatın IFRC tərəfindən dəstəklənəcəyi kiçik miqyaslı qrant layihəsi hazırlanacaq.
Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
Video qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Alt sektor:
Mövzular:
Kənd təsərrüfatı, Vətəndaş cəmiyyəti, COVID-19, Səhiyyə, Bacarıqlar, Yerli inkişaf, Qadınlar, Gənclər
Layihənin statusu:
Davam edir
Başlama tarixi:
01.02.2022
Bitmə tarixi:
01.02.2025
Aİ Layihə nömrəsi:
428-039