Skip to main content

Azərbaycanda uşaq müdafiəsi və sosial müdafiə sistemlərinin gücləndirilməsi

Təsvir
Bütün uşaqlar, xüsusilə ən həssas qruplara daxil olanlar üçün effektiv sosial müdafiənin təmin edilməsi məsuliyyətli və hesabatlı hökumətlər üçün strateji vəzifədir. Təklif olunan Proqram və xüsusi məqsədlər uşaqların sosial müdafiə, zorakılığın bütün formalarından müdafiə, ailə mühitində yaşamaq və tam potensialda inkişaf etmək hüquqlarının həyata keçirilməsini dəstəkləyir. O, Azərbaycanın sosial-iqtisadi inkişafına dəstək olaraq sağlam, məhsuldar və dayanıqlı insan kapitalının yaradılması yolu ilə, ölkənin 2030-cu il Gündəliyi ilə əlaqədar inkişaf hədəflərinə nail olunmasına töhfə verəcək. Proqram Milli Uşaq Strategiyası (2020-2030) və sosial müdafiə və uşaq müdafiəsi üzrə Fəaliyyət Planının prioritetləri ilə uzlaşır.
Proqram, Azərbaycanda əsas sosial müdafiə və uşaq müdafiəsi məsələlərinin həllində elmi tədqiqat və sübutlara, UNICEF-in Uşaq Müdafiəsi Strategiyasına (2021-2030), UNICEF-in Qlobal Sosial Müdafiə Proqramı Çərçivəsinə və beynəlxalq qabaqcıl təcrübələrə söykənəcək. Proqram icma əsaslı təşəbbüslər və dəstək tədbirləri vasitəsilə, xüsusilə QHT-lərin/VCT-lərin ən həssas qruplara daxil olan uşaqlar üçün dövlət xidmətlərini tamamlayan üçüncü sektor kimi rolunun və potensialının gücləndirilməsini hədəfləyəcək.
Konkret məqsədi
NƏTİCƏ 1: Sosial müdafiənin əhatə səviyyəsi yaxşılaşır və milli sosial müdafiə sistemi ən həssas ailələrə və uşaqlara daha yaxşı xidmət göstərmək üçün gücləndirilir. Bu komponentin əsas məqsədi hökumətə, əsasən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sosial müdafiənin əhatə səviyyəsini yaxşılaşdırmaqda və ən həssas ailələrə çatmaqda texniki dəstək göstərməkdir. Məqsəd, hökumətin strateji sənədləri ilə və ƏƏSMN-nin qarşıdakı 4 il üçün prioritetləri ilə tam uzlaşır.
NƏTİCƏ 2: 6 rayonda/şəhərdə yaşayan uşaqlar əsasən uşaqlara qarşı zorakılığın qarşısının alınmasına yönələn keyfiyyətli sosial xidmətlərə çıxış imkanı əldə edir və milli uşaq müdafiəsi sistemində himayədar qayğı modeli pilot qaydada icra edilir.
UNICEF “İnteqrasiyalı sosial xidmətlərin modelləşdirilməsi” layihəsindən əldə olunan təcrübəyə söykənərək, QHT-lərlə əməkdaşlıqda və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə əlaqələndirmə şəraitində 6 şəhərdə/rayonda (Bakı, Abşeron, Gəncə, Lənkəran, Masallı və Ağcabədi) uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün keyfiyyətli icma əsaslı sosial xidmətlər yaradacaq.
Gözlənilən nəticələr
Nəticə 1: Sosial müdafiənin əhatə səviyyəsi yaxşılaşır və milli sosial müdafiə sistemi ən həssas ailələrə və uşaqlara daha yaxşı xidmət göstərmək üçün gücləndirilir.
Nəticə 2: 6 rayonda/şəhərdə yaşayan uşaqlar əsasən uşaqlara qarşı zorakılığın qarşısının alınmasına yönələn keyfiyyətli sosial xidmətlərə çıxış imkanı əldə edir və milli uşaq müdafiəsi sistemində himayədar qayğı modeli pilot qaydada icra edilir. Bu komponentin məqsədi kompleks müdaxilələr, o cümlədən xidmətlər, ictimai maarifləndirmə və sistem boyu müdaxilələr (maraqlı tərəflərin potensialının gücləndirilməsi) vasitəsilə, uşaq müdafiəsi sistemində islahat aparmaq və bununla uşaqlara qarşı zorakılığın qarşısının alınması, müəyyənləşdirilməsi, bildirilməsi və cavab tədbirlərinin görülməsi üzrə mexanizmləri gücləndirməkdir. Proqramın sonunda aşağıdakı nəticələrə nail olunması gözlənilir:
1. Ölkədə 6 şəhərdə/rayonda uşaqlara qarşı zorakılığın qarşısının alınması və maarifləndirmə üzrə effektiv mexanizmlər (qurumlar arasında əlaqələndirmə, keyfiyyətli sosial xidmətlərə çıxış imkanı) yaradılacaq;
2. Qarabağ bölgəsi ətrafında münaqişənin alovlanmasından təsirlənmiş ən həssas qruplara daxil olan uşaqlar keyfiyyətli psixi sağlamlıq və psixososial dəstəklə təmin ediləcək.
3. Ölkənin uşaq müdafiəsi sistemi gücləndirilmiş reinteqrasiya (ailənin birləşməsi), sosial iş xidmətlərinin milli miqyasda genişləndirilməsi sayəsində uşaqların müəssisələrə düşməsinin qarşısının alınması və ailə əsaslı alternativ qayğı (himayədar qayğı) modelinin pilot icrası yolu ilə yaxşılaşdırılacaq.
Layihə xəritəsi
VAC_Cover Photo
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Alt sektor:
Mövzular:
Vətəndaş cəmiyyəti, İnsan hüquqları, Qadınlar, Gənclər
Layihənin statusu:
Davam edir
Başlama tarixi:
01.01.2023
Bitmə tarixi:
30.12.2025
Sosial media:

Aİ Layihə nömrəsi:
441-546