Skip to main content

Azərbaycanda Çoxgöstəricili Klaster Sorğusunun (MICS) keçirilməsinə və statistika sahəsində milli potensialın gücləndirilməsinə dəstək

Təsvir
Çoxgöstəricili Klaster Sorğuları (MICS), qadın və uşaqları diqqət mərkəzində saxlamaqla, ev təsərrüfatlarına aid əsas göstəricilərin təqribi qiymətlərini toplamaq üçün hazırlanmış ən irimiqyaslı ev təsərrüfatı tədqiqatı proqramlarından biridir. MICS 1990-cı illərdə həyata keçirilməyə başlayandan bəri, 100-dən yuxarı ölkədə 300-dən artıq sorğu aparılıb. Azərbaycanda sonuncu MICS sorğusu UNICEF və digər tərəfdaşların texniki və maliyyə dəstəyilə Dövlət Statistika Komitəsi tərəfindən 20 il əvvəl - 2000-ci ildə həyata keçirilib. Yüksək keyfiyyətli və dezaqreqasiya olunmuş məlumatların istehsalı və təhlili üzrə milli potensialları daha da gücləndirmək məqsədilə göstərilən qlobal səylər çərçivəsində, UNICEF 2016-cı ilin oktyabr ayında MICS sorğusunun 6-cı raunduna (MICS6 kimi tanınır) start verdi. Bu proqram məhz Dayanıqlı İnkişaf Məqsədləri fonunda siyasətlərin qəbuluna məsul tərəflərin ehtiyaclarının qarşılanmasına yönəlir. MICS-in qlobal statusunu nəzərə alaraq və UNICEF-in Azərbaycan Nümayəndəliyinin apardığı təşviqatın nəticəsi olaraq, MICS sorğusunun keçirilməsi “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”na daxil edildi. Hazırda, Dövlət Statistika Komitəsi və UNICEF son iyirmi il ərzində ilk MICS sorğusunun icrasına birlikdə hazırlaşır. Sahə işlərinin 2022-ci ildə həyata keçirilməsi planlaşdırılır və ilkin nəticələrin 2023-cü ilin ortalarında əldə olunması gözlənilir.
Konkret məqsədi
Proqramın ümumi məqsədi (Təsiri) hökumətin orta və uzunmüddətli milli inkişaf məqsədlərinə, o cümlədən DİM-lərə və postpandemiya dövründə sosial-iqtisadi dirçəlişə hər kəs üçün ədalətli şəkildə nail olmasından ötrü sübutlara əsaslanan siyasət, proqram və investisiyalar üçün ilkin vəziyyət göstəriciləri və baza kimi istifadə olunan ən yeni, yüksək keyfiyyətli və dezaqreqasiya olunmuş statistik məlumatlar və təhlil təmin etməkdir.
Təklif olunan Proqramın xüsusi məqsədləri (Nəticələr) əhalinin həssas qruplarının müəyyənləşdirilməsinə və sübutlara əsaslanan, ünvanlı və ədalətli sosial siyasət, maliyyə investisiyası və müdaxilə proqramlarının hazırlanmasına dəstək üçün dezaqreqasiya olunmuş məlumatların toplanması, təhlili və istifadəsi üzrə milli statistik potensialı gücləndirməkdir.
Gözlənilən nəticələr
Daha dəqiq desək, Proqram “Ümumi Nəticə” səviyyəli əsas nəticələrə nail olmağı nəzərdə tutur:
• Heç kəsi kənarda qoymayan qərarların qəbulu və siyasətlərin hazırlanmasında istifadə üçün gender üzrə təsnifləşdirilmiş, vaxtında təqdim olunan və beynəlxalq səviyyədə qəbul edilmiş metodologiyaya uyğun olaraq təhlil edilmiş məlumatların mövcudluğu və istifadə edilməsi.
• Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin (DSK) yüksək keyfiyyətli, etibarlı və dezaqreqasiya olunmuş məlumatların istehsalını idarə etmək potensialının artması.
• Azərbaycanda gender bərabərliyinin gücləndirilməsinə və qadınların səlahiyyətlərinin artırılmasına yönələn, sübutlara əsaslanan siyasət və proqramlar.
Layihə xəritəsi
Foto qalereya
Video qalereya
How MICS Surveys are Conducted: A 55-Second Overview with English Subtitles
The Importance of MICS Surveys: 15-Second Version of the 30-Second Animated Explanation.
The Importance of MICS Surveys: 30-Second Animated Explanation
The Importance of MICS Surveys: 30-Second Animated Explanation with English Subtitles
How MICS Surveys are Conducted: A 15-Second Version of the 55-second Overview
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Səlahiyyətləndirən tərəfdaşlıq
Alt sektor:
Mövzular:
Səhiyyə, Qadınlar, Gənclər
Layihənin statusu:
Davam edir
Başlama tarixi:
01.01.2023
Bitmə tarixi:
01.01.2026
Veb-sayt:
mics.unicef.org
Sosial media:

Aİ Layihə nömrəsi:
442-976