Skip to main content

MIEUX+ Azərbaycan IV, Tip 2 Pilot Layihə, Miqrant İnteqrasiya Strategiyasının inkişafına dəstək, müvafiq Fəaliyyət Planı və Təlim Kurikulumu

Təsvir
Beynəlxalq miqrantlar Azərbaycan əhalisinin və işçi qüvvəsinin kiçik, lakin mühüm hissəsini təşkil edir. Ölkədən yüksək səviyyəli miqrasiya (emiqrasiya) ilə səciyyələnən illərdən sonra ölkə indi hər il xalis müsbət miqrasiya ilə üzləşir və xüsusilə əmək miqrasiyası və ailə birləşməsi baxımından təyinat ölkəsinə çevrilib.
Bu baxımdan, miqrantların yerli cəmiyyətin həyatında iştirakına kömək etmək üçün hərtərəfli və inklüziv strategiyanın hazırlanmasına ehtiyac var.
Konkret məqsədi
Azərbaycanın əsas məqsədi inteqrasiya prosesində miqrantların multikultural dəyərlərə və müxtəlifliyə hörmətini təmin etmək və onların sosial xidmətlərə çıxışını asanlaşdırmaqdır.
Dövlət Miqrasiya Xidməti (DMX) öz potensialını, eləcə də Azərbaycanın müvafiq maraqlı tərəflərininin potensialını gücləndirmək, miqrantların inteqrasiyasını və sosial xidmətlərin əlaqələndirilmiş şəkildə göstərilməsini idarə etmək üçün MIEUX+ dəstəyinə müraciət etmişdir. Bu Fəaliyyətin əsas məqsədi Azərbaycanın beynəlxalq öhdəliklərinə və milli prioritetlərinə uyğun olaraq Miqrant İnteqrasiya Strategiyasının və əlaqədar Fəaliyyət Planının hazırlanmasında DMX-ya dəstək olmaqdır.
Gözlənilən nəticələr
MIEUX+ komandası və ekspertləri həmçinin beynəlxalq standartlara uyğun olaraq inteqrasiya aspektlərinin əsasları haqqında məlumat verməli, eyni zamanda Azərbaycanda inteqrasiyanın praktikada tətbiqinə yeni Strategiya və Fəaliyyət Planına uyğun olaraq xüsusi yanaşma təqdim etməli olan dövlət məmurları üçün inteqrasiya üzrə xüsusi hazırlanmış təlim kursunun hazırlanması üzərində işləyəcəklər.
Layihə xəritəsi
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Qoruyan tərəfdaşlıq
Alt sektor:
Mülki müdafiə
Mövzular:
Miqrasiya və yerdəyişmə
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
30.12.2022
Bitmə tarixi:
30.12.2023
Aİ Layihə nömrəsi:
INTV-11559