Azərbaycanda Təhsil Sisteminin Dayanıqlığının Gücləndirilməsi və AzMKÇ 5-ci Səviyyə Kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək layihəsi
Təsvir
Layihənin məqsədi “Ömürboyu Təhsil üzrə Azərbaycanın Milli Kvalifikasiyalar Çərçivəsi”nin (AzKÇ) 5-ci səviyyədə kvalifikasiyaların inkişaf etdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək olmaqdır. Layihə çərçivəsində əmək bazarının tələbinə uyğun ömürboyu təhsil proqramlarının hazırlanması nəzərdə tutulur. Layihə bu məqsədlərə nail olmaq üçün təhsil müəssisələri, işəgötürənlər və digər maraqlı tərəflərlə əməkdaşlıq edəcək, kvalifikasiyalarının beynəlxalq miqyasda tanınması üçün xarici tərəfdaşlarla əməkdaşlıq əlaqələrini təşviq edəcək. Layihə nəticəsində Azərbaycanda AzKÇ-nin 5-ci Səviyyədə ixtisasların keyfiyyətinin artırılması vasitəsilə dayanıqlı və çevik təhsil sisteminin inkişafına töhfə vermək hədəflənir.
Konkret məqsədi
Layihənin məqsədləri AzKÇ-nin bir hissəsi kimi MKÇ 5-ci Səviyyədə təhsili və təlimini gücləndirmək və daha da inkişaf etdirmək üçün Azərbaycanda müvafiq qurumlara dəstək olmaq, məzunlarının əmək bazarına inteqrasiyasını yaxşılaşdırmaq məqsədilə müvafiq qurumlara dəstək olmaq və dəyişən kontekstə daha yaxşı hazırlaşmaq üçün fəaliyyət modeli vasitəsilə Azərbaycanda təhsil sisteminin dayanıqlılığını gücləndirməkdir.
Gözlənilən nəticələr
AzKÇ -nin 5-ci səviyyəsinə uyğun normativ hüquqi sənədlərin yenilənməsi; bacarıqların artırılması proqramlarının hazırlanması; institusional və proqram akkreditasiya standartları və əsas keyfiyyət göstəricilərinin hazırlanması; ümumi təhsil səviyyəsində peşəyönümü/karyera planlaması sisteminin inkişaf etdirilməsi; Milli Kvalifikasiyalar Reyestrinin (MKR) təkmilləşdirilməsi; karyera planlaması, məzunların izlənməsi və məzunlar üçün dəstək sisteminin yaradılması; təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi, Təhsil İnstitutunun əməkdaşlarının məlumatların emalı və istifadəsi sahəsində bacarıqlarının artırılması; Ümumi təhsil səviyyəsində şagirdlərin qiymətləndirilməsi üzrə milli çərçivənin hazırlanması və yeni qiymətləndirmə modelindən istifadə üçün ARTİ-nin əməkdaşlarının təlimləndirilməsi;
ARTİ-nin əməkdaşlarının standart əsasli kurrikulumun məzmunun hazirlanmasi və qiymətləndirilməsi üzrə potensialının gücləndirilməsi; Müəllimlərin peşəkar inkişafı sisteminin yenilənməsi, işə qəbulu, sertifikatlaşdırması, fəaliyyətinin qiymətləndirməsi sisteminə dair tövsiyyələrin hazırlanması; Təhsil Institutunun əməkdaşlarının məlumat əsaslı hesabat və siyasət təklifləri formalaşdırılması üçün tədqiqat bacarıqlarının gücləndirilməsi; Təhsil Institutunun strateji planının, fəaliyyəti üçün yol xəritəsinin, bu strategiyaya uyğun əməkdaşları üçün rol və öhdəliklərinin müəyyənləşdirilməsi, kadr potensialının gücləndirilməsi.

Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Əlaqələndirən tərəfdaşlıq Alt sektor:
Mövzular:
Təhsil Layihənin statusu:
Davam edir Başlama tarixi:
24.02.2023 Bitmə tarixi:
24.12.2025 Aİ Layihə nömrəsi:
441-482