Skip to main content

TAİEX fəaliyyətinin həyata keçirilməsinə köməklik: logistik xidmətlərin göstərilməsi və maliyyə idarəetməsi tapşırıqları

Təsvir
TAIEX Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi alətidir və qanunvericiliyin Aİ qanunvericiliyinə uyğunlaşdırılması, onun tətbiqi və həyata keçirilməsində dövlət qurumlarına dəstək verir, həmçinin Aİ-nin qabaqcıl təcrübələrinin paylaşılmasını asanlaşdırır. Məqsəd konfranslar, seminarlar, master-klasslar, görüşlər, təlim sessiyaları, təlim səfərləri kimi tədbirlərin təşkili üçün müvafiq maddi-texniki dəstəyi təmin etməkdir.
TAIEX-in benefisiarları aşağıdakılardır:
1.Ai-nın Üzv Dövlətləri
2.Qoşulmaöncəsi Yardım Vasitəsi əsasında qəbul edilmiş tədbirləri həyata keçirmək hüququ olan üçüncü ölkələr, regionlar və ərazilər (Albaniya, Bosniya və Herseqovina, Şimali Makedoniya, Kosovo, Monteneqro, Serbiya və Türkiyə);
3.Avropa Qonşuluq Aləti çərçivəsində qəbul edilmiş tədbirləri həyata keçirmək hüququ olan üçüncü ölkələr, regionlar və ərazilər (Əlcəzair, Ermənistan, Azərbaycan, Belarusiya, Misir, Gürcüstan, İsrail, İordaniya, Livan, Liviya, Moldova Respublikası, Mərakeş, Fələstin, Suriya, Tunis, Ukrayna), Kiprin şimal hissəsindəki Kipr Türk icması.
Konkret məqsədi
Layihənin ümumi məqsədi TAIEX tədbirlərinə vaxtında və səmərəli şəkildə maddi-texniki yardım göstərmək və bununla da TAIEX benefisiarlarına inzibati potensialı qurrmaqda və genişləndirməkdə dəstək olmaqdır.
Gözlənilən nəticələr
Nəticə l: TAIEX tədbirlərinə maddi-texniki dəstək vaxtı-vaxtında və effektiv şəkildə təşkil edilir və TAIEX tədbirləri peşəkar standartlara uyğun və Sifarişçini qane edəcək səviyyədə normal həyata keçirilir.
Nəticə 2: Təşkil olunan tədbirlərin adekvatlığı təmin edilir.
Nəticə 3: TAIEX tədbirləri ilə bağlı ödənişlər şəffaf, iqtisadi, etibarlı və vaxtı-vaxtında həyata keçirilir, TAIEX tədbirləri ilə bağlı xidmətlər və təchizatlar alınır, müqavilə bağlanır və səmərəli və effektiv şəkildə idarə olunur.
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Yaradan tərəfdaşlıq
Alt sektor:
Təhsil, tədqiqat və innovasiyalar
Mövzular:
Layihənin statusu:
Davam edir
Başlama tarixi:
01.08.2020
Bitmə tarixi:
31.07.2024
Aİ Layihə nömrəsi:
416-959