Skip to main content

Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara dəstək

Təsvir
Layihənin məqsədi Avropanın ən yaxşı təcrübələrinə əsaslanaraq əlilliyi olan şəxslər üçün siyasət və reabilitasiya sisteminin inkişaf etdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək göstərməklə əlilliyi olan şəxslərin sosial inteqrasiya və onlara göstərilən qayğının keyfiyyətinin artırılmasıdır. Layihə 2022-ci ilin aprel ayında başlayıb və 2023-cü ilin sentyabrına qədər davam edəcək.
Konkret məqsədi
Layihənin qlobal məqsədi:
Azərbaycanda əlilliyi olan şəxslərin sosial inklüzivliyin və onlara göstərilən qayğının keyfiyyətinin yaxşılaşdırılması

Konkret məqsəd
Avropanın ən yaxşı təcrübələrinə əsaslanaraq əlilliyi olan şəxslər üçün qaydaların və reabilitasiya sisteminin inkişafında
Siyasətin hazırlanmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək olmaq
Gözlənilən nəticələr
Tələb olunan nəticələr:
1) Əlilliyi olan şəxslərin tibbi reabilitasiya modelindən sosial reabilitasiya modelinə keçidin hüquqi və institusional əsasları hazırlanması
2) Əlilliyi olan şəxslər üçün siyasətin formalaşdırılması və həyata keçirilməsi məqsədi ilə əlilliyi olan şəxslərin peşə səriştəsi və qabiliyyəti (DPD) və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyininin (SMSERA) gücləndirilməsi
Layihə xəritəsi
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Səlahiyyətləndirən tərəfdaşlıq
Alt sektor:
İnklüzivlik
Mövzular:
Səhiyyə
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
15.04.2022
Bitmə tarixi:
15.10.2023
Sosial media:

Aİ Layihə nömrəsi:
300030006