2022-2025-ci illərdə Azərbaycanda Aİ-nın Strateji Kommunikasiyası
Təsvir
Ümumi məqsəd Azərbaycanda bütün vətəndaşların Aİ və onun fəaliyyəti haqqında məlumatlılığını artırmaq və onun daha yaxşı anlaşılmasını təmin etmək, Avropa İttifaqının regional və ikitərəfli dəstək və əməkdaşlıq proqramları vasitəsilə ictimai rəyin yaxşılaşdırılmasına, eləcə də Avropa siyasətlərinin və onların təsirinin daha yaxşı başa düşülməsinə töhfə verməkdir. Müqavilənin məqsədi 2022-2025-ci illər üçün yenilənmiş ümumi kommunikasiya strategiyası və Aİ-nin Azərbaycana dəstəyinə əsaslanan kampaniya fəaliyyətləri də daxil olmaqla, müsbət və təsirli kommunikasiya yanaşmasının hazırlanması və həyata keçirilməsidir.
Ümumi yanaşma kommunikasiya kampaniyalarının, ictimai tədbirlərin həyata keçirilməsini, həmçinin Aİ tərəfindən maliyyələşdirilən layihələrə ümumi kommunikasiya dəstəyinin göstərilməsini və onlarla əlaqəni əhatə edəcək. Layihə fəaliyyətləri təkcə Bakıda deyil, bütün Azərbaycanda həyata keçirilməlidir. Layihə tədbirləri, müvafiq hallarda, gəncləri, qadınları, əhalinin azlıq təşkil edən və həssas qruplarını əhatə edəcəkdir. Layihə aşağıdakı ictimai tədbirləri təşkil edəcək və onlarda iştirak edəcək: Avropa Şəhərciyi, Aİ Günləri, Təhsil Sərgiləri, Fotosərgi, Aİ Gənclər müsabiqəsi.

Konkret məqsədi
Layihə Aİ, onun fəaliyyəti və onların Azərbaycana təsiri haqqında səmərəli şəkildə məlumat verməkdə Aİ-nin Azərbaycandakı Nümayəndəliyini dəstəkləyəcək. Görüləcək işlərə hədəfli məlumat kampaniyalarının aparılması, genişmiqyaslı ictimai tədbirlərin təşkili, yüksək keyfiyyətli sosial media materialları və yazıları daxil olmaqla müvafiq və effektiv kommunikasiya məhsullarının hazırlanması, EUDIGITOOL platforması və onun ictimaiyyətə açıq olan interfeysinin idarə edilməsi daxildir (eu4azerbaijan.eu saytında mövcuddur). Bundan əlavə, layihə komandası Aİ Nümayəndəliyinə onun kommunikasiya tədbirləri barədə məlumatlandırmanı və onların təsirini maksimum dərəcədə necə artırmaq barədə müntəzəm şəkildə istiqamət verəcək və rəy bildirəcəkdir. Bütün fəaliyyətlər ardıcıl strategiyanın bir hissəsi olacaq və bu, fəaliyyətlər arasında sinerjini maksimum dərəcədə artıracaq, ardıcıllığı təmin edəcək, mümkün olan ən yüksək təsirə malik olmaqla bezdirici olmayacaq və auditoriyanı yormayacqaqdır. Layihə aşağıdakı ictimai tədbirləri təşkil edəcək və onlarda iştirak edəcək: Avropa Şəhərciyi, Aİ günləri, Təhsil Sərgiləri, Fotosərgi, Aİ Gənclər müsabiqəsi və s.
Gözlənilən nəticələr
1) Azərbaycanda Aİ tərəfindən maliyyələşdirilən layihələrin/proqramların nailiyyətlərini əks etdirmək üçün kommunikasiya strategiyasının və fəaliyyət planının hazırlanması və həyata keçirilməsi;
2) Avropa Şəhərciyi, Aİ Günləri tədbirləri, Erasmus/Təhsil sahəsində tədbirlər, Foto sərgilər, Gənclər üçün yarışmalar təşkil etmək
3) Aİ tərəfindən dəstəklənən təşəbbüslərin/Aİ-Azərbaycan əməkdaşlığının (məsələn, iqtisadi inkişaf/ticarət, iş yerlərinin yaradılması, təhsil) birbaşa faydaları ilə bağlı ictimaiyyət arasında məlumatlandırmanın artırılması
4) Azərbaycanda Aİ tərəfindən maliyyələşdirilən layihələrin nailiyyətlərini əks etdirmək üçün www.eu4azerbaijan.eu internet səhifəsini və onunla əlaqəli alətləri işlək vəziyyətdə saxlamaq və yeniləmək
5) Aİ tərəfindən maliyyələşdirilən layihələrin kommunikasiya işlərini dəstəkləmək üçün təlimlər keçirmək və bilik mübadiləsini təmin etmək.

Layihə xəritəsi
EuroVillage 2022 – European Union in Baku
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Səlahiyyətləndirən tərəfdaşlıq Alt sektor:
Kommunikasiya və mediaya dəstək Mövzular:
Layihənin statusu:
Davam edir Başlama tarixi:
04.03.2022 Bitmə tarixi:
02.03.2026 Veb-sayt:
eu4azerbaijan.eu
Sosial media:
https://www.facebook.com/EUDelegationtoAzerbaijanhttps://www.instagram.com/eudelegation_az/
https://www.youtube.com/c/EUDelegationtoAzerbaijan
Aİ Layihə nömrəsi:
431555