Azərbaycanın Çevik Texniki Yardım Aləti (AZTAF)
Təsvir
AZTAF Avropa Ittifaqının (Aİ) 2019-2020-ci illəri əhatə edən Çoxillik Tədbirlər Proqramının Tərəfdaşlıq Prioritetləri Mexanizmi çərçivəsində Aİ tərəfindən tam maliyyələşdirilən və Dünya Bankı tərəfindən növbəti üç ildə idarəetməsi həyata keçiriləcək texniki yardım alətidir. Bu alət Azərbaycan Hökumətinə dövlət idarəçiliyinin gücləndirilməsi, iqtisadi idarəetmənin təkmilləşdirilməsi, sosial inkluzivlik və bağlantıların genişləndirilməsi və COVID-19-un fəsadlarının effektiv aradan qaldırılmasının dəstəklənməsi sahələrində yardım etmək məqsədilə ona məsləhət dəstəyini təmin edəcək. AZTAF çərçivəsində maliyyələşdirilən proqrammatik və ünvanlı texniki yardım fəaliyyətləri Aİ-nin dörd Tərəfdaşlıq Prioritetini – daha güclü dövlət idarəçiliyi, daha güclü iqtisadiyyat, daha güclü bağlantılar və dayanıqlıq, daha güclü cəmiyyət – yerinə yetirmək məqsədilə dörd qrupda müəyyən olunur. AZTAF proqramı Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə uyğundur və hökumətin COVID-19-la bağlı orta və uzun müddətli cavab tədbirləri və strategiyalarına xüsusi diqqət ayırır. İqtisadiyyat Nazirliyi AZTAF Proqramı üzrə Dünya Bankı və Aİ-nin aparıcı ölkə tərəfdaşıdır.
Konkret məqsədi
AZTAF çərçivəsində 9 TY-a aiddir:
1-ci Strateji İstiqamət: Daha Güclü Dövlət İdarəetməsi - İnstitutların Gücləndirilməsi və Daha Yaxşı Dövlət İdarəetməsi
1.1. DMM-lərin korporativ idarəetməsi və hesabatlılığı ilə bağlı islahatlar
1.2. Azərbaycanın dövlət satınalmaları sistemlərinin gücləndirilməsi
1.3. Azərbaycanda su təchizatı təhlükəsizliyinin artırılmasına dəstək
2-ci Strateji İstiqamət: Daha Güclü İqtisadi İnkişaf və Bazar İmkanları
2. 1. «Ağıllı Kəndlər» proqramının hazırlanmasına dəstək
3-cü Strateji İstiqamət: Daha Güclü Bağlantılar – Bağlantılar, Enerji Səmərəliliyi, Ətraf Mühit və İqlimlə bağlı Tədbirlər
3.1. Yüksək sürətli rəqəmsal bağlantılar
3.2. Enerji səmərəliliyi (ES) ilə bağlı tənzimləyici baza
4-cü Strateji İstiqamət: Daha Güclü Cəmiyyət – İnsanlara və İnsan Kapitalına Yatırımlar
4.1. Gender əsaslı peşə seqreqasiyasına ünvanlanma
4.2. Əsas biznes bacarıqları olan qadınların dəstəklənməsi
4.3. Azərbaycanda əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi
Bunların çərçivəsində aşağıdakı məqsədlər əhatə olunur:
dövlət Müəssisələrinin korporativ idarəçiliyinin gücləndirilməsində, onların hesabatlılığının və şoklara davamlılığının artırılmasında, Hökumətin islahat və qərar qəbul etmə proseslərinin məlumatlandırılmasında Azərbaycan hökumətinə yardım etmək;
strateji satınalmalar sistemi və elektron dövlət satınalmalarına (e-GP) hazırlığının qiymətləndirilməsi yolu ilə dövlət idarəçiliyinin dürüstlüyünün və hesabatlılığının artırılması, şəffaflığın, səmərəliliyin və dövlət satınalmalarının dəyərinin artırılmasında hökumətin səylərini dəstəkləmək;
hökumətə su təhlükəsizliyi üçün milli çərçivə yaratmağa kömək etmək;
hökumətin kənd və yerli iqtisadi inkişaf strategiya və proqramlarında innovasiyaları dəstəkləmək;
Azərbaycanda rəqəmsal inklüzivliyi və rəqəmsal rəqabət qabiliyyətini dəstəkləmək üçün yüksək sürətli rəqəmsal əlaqənin inkişafını və ondan istifadəni dəstəkləmək;
enerji səmərəliliyinin )ES) artırılmasına imkan verən mühiti, təkmilləşdirilmiş hüquqi və institusional bazanı dəstəkləmək və ES proqramlarını təşviq etmək və ES tətbiqlərini genişləndirmək üçün müvafiq maliyyələşdirmə mexanizmlərini müəyyən etmək;
qadınları kişilərin üstünlük təşkil etdiyi təhsil və məşğulluq sahələrinə daxil olmağa təşviq etməklə əmək bazarında gender əsaslı peşə ayrı-seçkiliyinin aradan qaldırılmasına yardım etmək;
biznes fəaliyyətlərinə başlamaq, onları şaxələndirmək və/və ya miqyasını genişləndirmək və rəqəmsal platformalarla tərəfdaşlıq üçün kənd yerlərində kiçik və mikro sahibkarları idarə edən qadınlar arasında əsas bacarıqların yaradılmasına dəstək vermək;
Azərbaycanda əlilliyin qiymətləndirilməsi sisteminin və bununla bağlı əlillik siyasətinin təkmilləşdirilməsinə dəstək vermək;

Gözlənilən nəticələr
-Dövlət müəssisələrinin korporativ idarəetməsi üzrə islahatların həyata keçirilməsi üzrə potensialın gücləndirilməsi
-Strateji satınalmalar sistemi, elektron satınalmaların təkmilləşdirilməsi
-Daha yaxşı su ehtiyatlarının, su təhlükəsizliyi və suyun idarə edilməsinin planlaşdırılması
-Hədəf kənd və kiçik şəhər qruplarında ağıllı kənd yanaşmalarının sınaqdan keçirilməsi
-Kənd yerlərində genişzolaqlı rabitənin genişləndirilməsi və ölkə daxilində genişzolaqlı xidmətlərin əlçatanlığı
-Beynəlxalq yaxşı təcrübələr, hüquqi yanaşmalar və məlumatların qorunması, məxfilik və kibertəhlükəsizlik üçün standartların paylaşılması
-ES müdaxilələri üçün tənzimləyici və institusional çərçivənin təkmilləşdirilməsi
-Qadınların məşğulluğu üçün maneələrin azaldılması
-Kənd yerlərində qadınların sahibkarlıq fəaliyyətinin artırılması
-Əlilliyin qiymətləndirilməsi sisteminin gücləndirilməsi

Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
Video qalereya
UPDATED Animated video on gender
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Yaradan tərəfdaşlıq Alt sektor:
İqtisadiyyat və ticarət Mövzular:
Layihənin statusu:
Davam edir Başlama tarixi:
03.12.2021 Bitmə tarixi:
03.04.2025 Aİ Layihə nömrəsi:
429-158