Skip to main content

EU4Youth Məzunlar Şəbəkəsi

Təsvir
EU4Youth Məzunlar Şəbəkəsi EU4Youth, Erasmus+ Youth in Action və Avropa Həmrəylik Korpusu (European Solidarity Corps) proqramlarının gənc benefisiarlarını, eləcə də Şərq Tərəfdaşlığı ölkələrindən olan Gənc Avropa səfirləri şəbəkəsini bir araya gətirir. Şəbəkə tərəfdaş ölkələrdən olan məhdud imkanlı gənclərin həm öz icmalarında, həm də Aİ-nin yerdəyişmə proqramlarında daha çox iştirakını dəstəkləmək üçün onların qeyri-formal təhsil üzrə yerdəyişmə proqramlarındakı iştirakı vasitəsilə yaranan həvəs və könüllülük ruhunu səfərbər etmək məqsədi daşıyır.
Konkret məqsədi
- Məhdud imkanlı gənclər qruplarını Erasmus+ Youth in Action, Avropa Həmrəylik Korpusu və EU4Youth proqramları çərçivəsində əlçatan layihələrə cəlb etmək üçün onlara həmyaşıdlarının dəstəyi və bələdçiliyini təmin etmək;
- Gənclər üzrə maarifləndirici fəaliyyətlərin hazırlanması və həyata keçirilməsində şəbəkə üzvlərinin səriştələrinin davamlı inkişafını təmin etmək;
- Şərq Tərəfdaşlığı ölkələrində Aİ dəyərlərini və Aİ-nin müsbət rolunu təşviq etmək;
- Şərq Tərəfdaşlığı ölkələrində məhdud imkanlı gənclər və gənclər təşkilatları arasında davamlı əlaqələrin qurulması və inkişaf etdirilməsi.
Gözlənilən nəticələr
2020-2021-ci illərdə ilkin mərhələdə şəbəkə Şərq Tərəfdaşlığı ölkələrinin hər birindən 10 və əlavə olaraq Rusiyadan 10 məzun olmaqla 70 gənci birləşdirib. Fəaliyyətlərə daxildir:
- İlkin təlim kursları: şəbəkənin hər bir seçilmiş üzvü Gürcüstan və ya Ukraynada gənclər təşkilatlarının nümayəndələri üçün ilkin təlim kursunu (6 günlük kurs) bitirmişdir.
- Mentorluq dəstəyi: məzunlar təlim kursları zamanı və məzunlar şəbəkəsinin tətbiqinin birinci ili ərzində gənclər təşkilatlarının peşəkar nümayəndələri - mentorlar tərəfindən dəstəklə təmin olunublar. Mentorlar öyrənmə prosesində, eləcə də məhdud imkanlı gənclər qrupları üçün yerli təşəbbüslərin həyata keçirilməsində məzunlara bələdçilik ediblər.
- Məhdud imkanlı qruplar üçün yerli təşəbbüslər: hər bir məzundan öz icmasındakı bir qrup məhdud imkanlı gənclər üçün yerli təşəbbüs hazırlamaq xahiş olunub. Təşəbbüsləri həyata keçirmək üçün məzunlar digər həmyaşıd məzunlarla birgə doqquz ay ərzində bu təşəbbüsləri həyata keçirmək üçün maliyyə, inzibati və mentorluq dəstəyi alıblar.
- Yekun qiymətləndirmə tədbiri: 2021-ci ildə məzunlar öz nailiyyətlərini, biliklərini və öyrəndiklərini bir-biri ilə və daha geniş auditoriya ilə bölüşdükləri yekun qiymətləndirmə tədbirində iştirak ediblər.

2021-ci ilin oktyabrında öz işinə başlayan yeni Məzunlar şəbəkəsi öz ölkələrindən olan məhdud imkanlı gənclərin yerli icmalarında və Aİ-nin yerdəyişmə proqramlarında daha çox iştirakını dəstəkləmək missiyasında 90-a yaxın gənci bir araya gətirir.

EU4Youth proqramının məzunlar şəbəkəsinin bu ikinci mərhələsi 2023-cü ilin sonuna qədər davam edəcək və hər biri on aylıq iki dövrdən ibarət olacaq.
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Səlahiyyətləndirən tərəfdaşlıq, Yaradan tərəfdaşlıq
Alt sektor:
Gənclərin iştirakçılığı və liderlik, Təhsil, tədqiqat və innovasiyalar
Mövzular:
Gənclər, Təhsil
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
01.01.2020
Bitmə tarixi:
31.07.2023
Aİ Layihə nömrəsi:
399-510