Skip to main content

EU4Dialogue: Münaqişə tərəfləri arasında anlaşmaya dəstək

Təsvir
"Eu4Dialogue: Münaqişə tərəfləri arasında anlaşmaya dəstək” böyük EU4Dialogue (Dialoq naminə Aİ) proqramının ilk komponentidir. Bu layihə Moldova Respublikası və Cənubi Qafqazda gərginliyi azaldan, dialoqa təkan verən və tərəflər arası anlayışı inkişaf etdirən mühit yaratmağı hədəfləyir.
Layihənin məqsədi Moldova və Cənubi Qafqazdakı əlaqəli aktorları və Aİ-nı texniki dəstəklə təmin etmək və həmçinin müxtəlif fəaliyyətlər arasında əməkdaşlığı gücləndirməkdir.
Konkret məqsədi
Sözügedən fəaliyyətin ümumi hədəfi Moldova Respublikası və Cənubi Qafqazda konfliktin təsir etdiyi regionlarda transformasiyaya töhvə verməkdir.

"Eu4Dialogue: Münaqişə tərəfləri arasında anlaşmaya dəstək” layihəsinin xüsusi hədəfi tərəflər arasında gərginliyi azaldan, dialoqa təkan verən və tərəflər arası anlayışı inkişaf etdirən mühit yaratmaqdır.

Regional, fərdi və çox ölkəli yanaşma, həmçinin Avropa İttifaqının ən yaxşı təcrübəsi və gender bərabərliyi və Avropa İttifaqının qadınlar, sülh və təhlükəsizliyə dair yeni strategiyası insan hüquqlarına riayət olunmasının təmin edilməsinə və sıfır zərər prinsipinə hər tərəfli bağlılığa zəmanət verir.
Gözlənilən nəticələr
"Eu4Dialogue: Münaqişə tərəfləri arasında anlaşmaya dəstək” layihəsi tərəfindən əldə edilmiş əsas nəticələr bunlardır:
- təmas xətti boyunca regionlararası insan əlaqələrini gücləndirən görüşlər və seminarlar da daxil olmaqla, çoxsəviyyəli dialoq platformaları
- Aİ partnyorları, ölkələr arası və ölkədaxilində maraqlı tərəflər arasında mübadilə və şəbəkələşməni təşviq edən bacarıqların artırılması fəaliyyətləri. Bacarıqların artırılması konsultasiyalara əsasən plana və ehtiyaclara əsaslanmış olacaqdır.
- Aİ-nin dəstək siyasəti və sülh və dialoqun faydalarının dərk edilməsinə yönəlmiş maarifləndirmənin həyata keçirilməsi
Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
Video qalereya
Video from the Climate, Energy and Water event, organised on 19-23 June, in Moldova.
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Qoruyan tərəfdaşlıq, Səlahiyyətləndirən tərəfdaşlıq
Alt sektor:
Təhlükəsizlik və münaqişələrin həlli, Yerdəyişmə
Mövzular:
Dialoq
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova
Layihənin statusu:
Davam edir
Başlama tarixi:
17.07.2020
Bitmə tarixi:
16.07.2024
Sosial media:

Aİ Layihə nömrəsi:
417-403