
COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək Layihəsi
Təsvir
Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə və rutin immunlaşdırma proqramlarının gücləndirilməsi məqsədilə ÜST-nin Azərbaycandakı Nümayəndəliyi 2021-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə üç illik “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsini həyata keçirməyə başlayıb. Bu layihə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.
Konkret məqsədi
Ümumdünya Səhiyyə Təşkilatı Avropa İttifaqının maliyyə dəstəyi ilə yerli tərəfdaşlarla birgə ölkə üzrə COVID-19 pandemiyasına qarşı mübarizə və rutin immunlaşdırma proqramlarının gücləndirilməsi istiqamətindəki səylərini davam etdirir.
Gözlənilən nəticələr
Azərbaycan da daxil olmaqla, 6 Şərq Tərəfdaşlığı ölkəsində COVID-19 pandemiyası ilə mübarizəni dəstəkləmək və gündəlik immunlaşdırma proqramlarını gücləndirmək məqsədilə 2021-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı üç illik COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək layihəsini həyata keçirməyə başlayıb. Layihə Aİ və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.
Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Qoruyan tərəfdaşlıq Alt sektor:
Mülki müdafiə Mövzular:
COVID-19, Səhiyyə Layihənin statusu:
Tamamlandı Başlama tarixi:
01.02.2021 Bitmə tarixi:
11.08.2024 Aİ Layihə nömrəsi:
425-845