Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı
Təsvir
Vətəndaş cəmiyyəti 2030-cu il Gündəliyinin dəstəklənməsində təbliğat və planlaşdırmadan tutmuş icra, monitorinq və hesabatlılığa qədər bir sıra mühüm rollara sahibdir. Azərbaycanda 2030-cu il Gündəliyinə nail olmaq üçün ölkə tərəfindən həyata keçirilən fəaliyyətlərə vətəndaş cəmiyyətinin də daxil edilməsinin təşviqi məsələsində BMTİP və Avropa İttifaqı uzunmüddətli tərəfdaşlıq tarixinə malikdir. Bu layihədə Aİ Nümayəndəliyi və BMTİP potensialların gücləndirilməsi və vətəndaş cəmiyyətinin dayanıqlı inkişafda effektiv şəkildə iştirak etməsi üçün müstəvi və imkanlar yaratmaq üçün əməkdaşlıq edir.
Konkret məqsədi
MƏQSƏDLƏR
Bu layihə Azərbaycanda vətəndaş cəmiyyəti sektorunun inkişafını və böyüməsini sürətləndirmək üçün çoxölçülü tədbiri olaraq nəzərdə tutulub. Layihənin uzunmüddətli məqsədi Azərbaycanda fəal, davamlı və innovasiyaya əsaslanan vətəndaş cəmiyyəti üçün əlverişli mühitin yaradılmasına töhfə verməkdir. Xüsusilə, layihənin məqsədi: i) siyasətin hazırlanmasında vətəndaş cəmiyyəti təşkilatlarının bacarıqlarını gücləndirmək; ii) onların yerli inkişafda iştirakını dəstəkləmək; iii) sosial sahibkarlıq ekosisteminin inkişafı üçün siyasətləri təkmilləşdirmək və iv) sosial sahibkarlıq və innovasiyaların təşviqi üçün imkanlar təmin etmək. Layihə gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması, o cümlədən iqlim dəyişikliyi və COVID-19-dan sonrakı cavab tədbirləri kimi məsələlər üzrə fəaliyyət göstərir.

Gözlənilən nəticələr
Layihənin məqsədlərinə aşağıdakı nəticələr vasitəsilə nail olunacaq:
1. VCT-lərin inkişaf məsələləri ilə bağlı siyasətlə məşğul olmaq imkanları gücləndirilir.
2. Regional VCT-lərin yerli inkişaf proseslərində iştirakı üçün lazimı potensialı qurulur.
3. Sosial sahibkarlığın başlaması və inkişafına dəstək üçün əlverişli ekosistem və səmərəli imkanlar təkmilləşdirilir.
4. Sosial Sahibkarlıq Platforması yaradılır və təşviq edilir.

Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
Video qalereya
Public Policy & Research training for CSOs
Data & Logframe capacity building training programme for CSOs

LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Səlahiyyətləndirən tərəfdaşlıq, Yaradan tərəfdaşlıq, Yaşıllaşdıran tərəfdaşlıq Alt sektor:
Vətəndaş cəmiyyəti, Məşğulluq və sahibkarlıq, Ətraf mühit və iqlim dəyişikliyi Mövzular:
Vətəndaş cəmiyyəti, Tədqiqat və innovasiyalar Layihənin statusu:
Tamamlandı Başlama tarixi:
01.12.2020 Bitmə tarixi:
30.08.2024 Aİ Layihə nömrəsi:
418-592