Skip to main content

Azərbaycanda həssas qrupların hüquqlarının müdafiəsi

Təsvir
Layihənin əsas məqsədi vətəndaş cəmiyyəti təşkilatları (VTC-lər), insan hüquqları müdafiəçiləri və hüquq cəmiyyəti nümayəndələrinin insan hüquqları sahəsində potensialının artırılması və həssas qruplardan olan şəxslərin hüquqlarının müdafiəsi ehtiyaclarına töhfə verməkdir. Layihə çərçivəsində BMT İHAK əsasən BMT-nin insan hüquqları mexanizmləri mövzusu daxil olmaqla VTC-lər, insan hüquqları müdafiəçiləri və hüquqşünaslar üçün vacib insan hüquqları mövzularında müxtəlif təlimlər təşkil edir. Potensialın artırılması komponentinin bir hissəsi olaraq tərcümə edilərək çap edilmiş təlim materialları və nəşrlər VCT-lər, insan hüquqları müdafiəçiləri və hüquqşünasları insan hüquqları mövzusunda vacib məlumatla təmin edir. Bundan əlavə, layihənin digər əsas komponenti VCT-lərə insan hüquqlarının milli və beynəlxalq təşviqatı sahəsində fəaliyyətinə dəstəyin göstərilməsi məqsədini daşıyır. Həmçinin, layihə, ölkədə mülki işlərdə hüquqi yardımın formalaşdırılmasını təşviq etməklə, o cümlədən Bakı şəhəri və regionlarda həssas qruplardan olan şəxslərə ödənişsiz hüquqi yardım göstərməklə, həssas qruplardan olan şəxslərin ədalət mühakiməsinə çatımlılığının yüksəldilməsinə töhfə verir.
Konkret məqsədi
Layihənin ümumi məqsədi Azərbaycanda həssas qruplardan olan şəxslərin, COVID-19 konteksti də daxil olmaqla, hüquqlarının müdafiəsini təmin etməkdir.

Xüsusi məqsədlərə daxildir:

1. VCT-lər və insan hüquqları müdafiəçilərinin BMT-nin insan hüquqları mexanizmləri və bu mexanizmlərindən istifadə etməklə beynəlxalq insan hüquqları təşviqatında iştirakı sahəsində potensialın artırılmasının davam etdirilməsi;
2. BMT-nin insan hüquqları mexanizmlərindən istifadə etməklə beynəlxalq insan hüquqları təşviqatında iştirak etmələri məqsədilə VCT-lər və insan hüquqları müdafiəçilərinə məsləhət və maliyyə dəstəyinin göstərilməsinin davam etdirilməsi;
3. Həssas qruplardan olan şəxslərin ədalət mühakiməsinə çıxışının yaxşılaşdırılmasının və pro bono hüquqi xidmət mədəniyyətinin təşviq edilməsi.
Gözlənilən nəticələr
ER 1. 350 VCT-lər, hüquq müdafiəçiləri və hüquqşünaların insan hüquqların pozulma hallarının monitorinqi, sənədləşdirilməsi və hesabatların hazırlanması, hüquq və demokratiyanın təşviqində potensialın gücləndirilməsi;
ER 2. Beynəlxalq insan hüquqları sisteminə dair vəsaitlərin azərbaycan dilində hazırlanması və paylanması;
ER 3. VCT-lər, hüquq müdafiəçiləri və hüquqşünasların öz təlim və digər tədbirlərini təşkil etmələri üçün ödənişsiz məkan və resurslarla təmin edilməsi;
ER 4. VCT-lər, hüquq müdafiəçiləri və hüquqşünaslara keyfiyyətli alternativ hesabatların hazırlanması və onların BMT-nin insan hüquqları mexanizmlərinə təqdim edilməsi məqsədilə dəstəyin göstərilməsi;
ER 5. VCT-lər, hüquq müdafiəçiləri və hüquqşünaslara BMT-nin insan hüquqları mexanizmlərindən istifadə etməklə insan hüquqlarının təşviqi və müdafiəsində iştirakına maliyyə dəstəyi;
ER 6. Həssas qruplardan olan şəxslərin mülki işlərdə ödənişsiz hüquqi yardıma çıxışısının və pro bono hüquqi xidmətlərin təşviq edilməsi;
ER 7. 3,000-dən çox işdə Bakı və regionlarda həssas qruplardan olan şəxslərin ödənişsiz və yüksək keyfiyyətli hüquqi xidmətlərlə təmin edilməsi və hüquqları haqqında məlumatlılığının artırılması.
Layihə xəritəsi
Video qalereya
EU-OHCHR Grantee- Regional Human Rights & Media Center 's next video on frequently asked question about violations of civil, social and economic rights
EU-OHCHR Grantee- Baku Human Right's Club video on combating against domestic violence
EU-OHCHR Grantee- Regional Human Rights & Media Center videos on frequently asked question about violations of civil, social and economic rights
EU-OHCHR Grantee- Regional Human Rights & Media Center videos on frequently asked question about violations of civil, social and economic rights and remedies
EU-OHCHR Grantee- Regional Human Rights & Media Center videos on frequently asked question about civil, social and economic rights
EU-OHCHR Grantee- Regional Human Rights & Media Center videos on frequently asked question about violations of civil, social and economic rights and remedies
EU-OHCHR Grantee- Regional Human Rights & Media Center videos on frequently asked question about violations of civil, social and economic rights and remedies
EU-OHCHR Grantee- Regional Human Rights & Media Center videos on frequently asked question about violations of civil, social and economic rights and remedies
EU-OHCHR Grantee- Regional Human Rights & Media Center videos on frequently asked question about violations of civil, social and economic rights and remedies
EU-OHCHR Grantee- Regional Human Rights & Media Center videos on frequently asked question about violations of civil, social and economic rights and remedies
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Qoruyan tərəfdaşlıq
Alt sektor:
Qanunun aliliyi və insan hüquqları
Mövzular:
İnsan hüquqları
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
01.01.2021
Bitmə tarixi:
31.12.2023
Veb-sayt:
www.ohchr.org
Aİ Layihə nömrəsi:
419-307