Skip to main content

COVID – 19 pandemiyası dövründə qadın sahibkarlığının dəstəklənməsi

Təsvir
Layihə həssas əhali qrupuna aid qadınların (əsasən, aztəminatlı yalnız valideynlər və sağlamlıq imkanları məhdud qadınların) COVID -19-un səbəb olduğu mövcud böhrandan daha güclü çıxmalarını və gündəlik yaşam üçün gəlir əldə etmək məqsədilə resurslara çıxışlarını təmin edərək etibarlı qida təminatını hədəfləyir. Layihə AMFA-nın son 5 ildə Avropa İttifaqı, BMT İnkişaf Proqramı, İsveçrə Əməkdaşlıq Ofisinin maliyyə dəstəyi ilə müxtəlif layihələr həyata keçirdiyi bölgələr arasında ən həssas bölgə sayılan İsmayıllı rayonunda həyata keçiriləcəkdir. Əvvəlki AMFA təcrübəsinə əsasən İsmayıllı rayonunda qadınlar üçün iş imkanları çox deyildir. 6 ay davam edən Layihə sayəsində ən az 40 qadın (sağlamlıq imkanı məhdud qadınlar da daxil olmaqla) və onların ailələri müxtəlif Layihə fəaliyyətləri ilə əhatə olunacaq və gəlir gətirən fəaliyyətlərə başlamaq üçün sərmayə kapitalı şəklində maliyyə dəstəyi alacaqlar.
Konkret məqsədi
İsmayilli rayonunda həssas əhali qrupuna aid qadınların bacarıqlarını artırmaqla və sərməyə kapitalı verməklə onların böhrana qarşı dayanıqlılığını gücləndirmək.
Gözlənilən nəticələr
- Ən az 40 qadına Təlim İdarəetmə Sistemi vasitəsilə COVİD-19 virusuna qarşı mübarizədə təhlükəsizlik tədbirlərinin vacibliyini aşılamaq;
- Ən az 40 qadının Təlim İdarəetmə Sistemi vasitəsilə bilik və bacarıqlarını artırmaq, evdə və bizneslərində maliyyə idarəçiliyi yanaşmasını dəyişmək;
- Ən az 40 qadının Təlim İdarəetmə Sistemi vasitəsilə Biznes Planlar tərtib etməsi;
- Ən az 40 qadına sərmayə kapitalının verilməsi;
- Ən az 40 qadına mentor xidmətlərinin göstərilməsi;
- Layihənin 2 çempionu haqqında uğur hekayəsinin yazılması və paylaşılması.
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Yaradan tərəfdaşlıq
Alt sektor:
Məşğulluq və sahibkarlıq
Mövzular:
Biznes, COVID-19, Qadınlar
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
01.10.2020
Bitmə tarixi:
31.03.2021
Veb-sayt:
https://amfa.az/
Aİ Layihə nömrəsi:
416-130