Skip to main content

Aİ-nin Şərq Tərəfdaşlığı üçün COVID-19 Həmrəyliyi Proqramı - Səhiyyə

Təsvir
Bu təşəbbüs COVID-19-un yayılmasına qarşı Avropanın birgə hərəkətinin tərkib hissəsidir. Zəif səhiyyə sisteminə malik ən həssas ölkələrə xüsusi diqqətin ayrıldığı təşəbbüs vasitəsilə qısamüddətli təcili ehtiyacların qarşılanması və uzunmüddətli təsirlərə qarşı mübarizə nəzərdə tutulur. Təşəbbüs tərəfdaş ölkələrin virusa qarşı mübarizə səylərini dəstəkləyir və onlara ən həssas insan qruplarının ehtiyaclarının daha yaxşı qarşılanmasında köməklik göstərir.
Konkret məqsədi
Layihənin ümumi məqsədi Şərq Tərəfdaşlığı ölkələrində COVID-19 pandemiyasının təsirini azaltmaqla onların üzunmüddətli sosial və iqtisadi dayanıqlılığına töhfə verməkdir.

Xüsusi olaraq, Layihə COVID-19 pandemiyasına effektiv, cəld və koordinasiyalı cavab verilməsini təmin etməyi qarşısına məqsəd qoyur. Həmçinin, ictimai səhiyyədəki fövqəladə halların qarşısının alınması, onların baş verməsinə qarşı hazırlıqlı olunması, bu cür halların vaxtında müəyyən edilməsi və onlara cavab verilməsi üçün milli bacarıqların gücləndirilməsi Layihənin qarşısında duran xüsusi məqsədlərdəndir.
Gözlənilən nəticələr
- 3-4 ay davam edəcək ilkin mərhələdə qısamüddətli tədbirlər kimi Azərbaycanın ən təcili ehtiyaclarına cavab verilməsi və ölkənin COVID-19-un sürətlə yayılmasının qarşısnın alınması üçün bacarıqlarının yaradılmasının dəstəklənməsi nəzərdə tutulur. Buraya vacib tibbi cihazlar və vasitələin (süni tənəffüs aparatları, laboratoriya dəstləri, maskalar, gözlüklər və digər fərdi qoruyucu vasitələr) təmin edilməsi və gərəkli təlimlərin təşkili ilə xəstəxanalar və həkimlərin hazırlıq səviyyəsinin dəstəklənməsi daxildir. Həmçinin, bu mərhələdə COVID-19-a qarşı dövlət səviyyəsindəki mübarizənin əlaqələndirilməsinin və əhalinin maarifləndiriıməsi işinin dəstəklənməsi nəzərdə tutulur;
- 8-9 aylıq ortamüddətli tədbirlər mərhələsində vacib tibbi cihaz və vasitələrin təmin edilməsinin davam etdirilməsi və səhiyyə insitutlarına bacarıqların inkişaf etdirilməsi sahəsində dəstək göstərilməsi ilə ölkənin səhiyyə sisteminin COVID-19-a qarşı səfərbər edilməsinə dəstək veriləcəkdir;
- 12 ay davam edəcək uzunmüddətli həll kimi pandemiya dövründə əldə edilmiş təcrübəyə əsasən, ölkənin səhiyyə xidmətlərinin və fövqəladə vəziyyətlərdə cavab tədbirlərinin təmin edilməsi qabiliyyətinin qiymətləndirilməsi həyata keçiriləcək və fövqəladə vəziyyətlərə hazırlıq üçün milli fəliyyət planı hazırlanacaqdır.
Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
Video qalereya
Trainings of Healthcare Workers on Communication with patients
Non-communicable diseases and physical activity strategy
Training of Religious Leaders on COVID-19 and vaccination
Why vaccinated people still end up in hospitals (part 2)
Why vaccinated people still end up in hospitals (part 1)
COVID-19 and the cold and flu season
Chat with WHO
Trainings summary video
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Yaşıllaşdıran tərəfdaşlıq
Alt sektor:
Səhiyyə
Mövzular:
Səhiyyə, COVID-19
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna, Azərbaycan
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
15.06.2020
Bitmə tarixi:
14.06.2022
Sosial media:

Aİ Layihə nömrəsi:
415-628