Skip to main content

Biznes statistikasının toplanması, harmonizasiyası, təhlili, nəşri və yayılması sahələrində Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək

Təsvir
Tvinninq layihəsi Finlandiya Statistika İdarəsi (aparıcı təşkilat), Litva Statistika Departamenti və Niderland Mərkəzi Statistika Bürosu tərəfindən həyata keçirilir. Layihənin ümumi məqsədi Azərbaycanda özəl sektorun/kiçik və orta biznesin fəaliyyətinə dair məlumatların toplanması, işlənməsi, təhlili, nəşri və yayımlanması sahəsində yerli mütəxəssislərin potensialının artırılmasından ibarətdir. Layihə siyasi assosiasiya və iqtisadi inteqrasiyanın sürətləndirilməsi və islahatlara dəstək verilməsi istiqamətində müvafiq şəraitin formalaşdırılması kimi Şərq Tərəfdaşlığı hədəfləri ilə uzlaşdırılmışdır. KOB sektoru və daha keyfiyyətli KOB statistikası kimi istifadəçi tələblərinin təmin edilməsi milli statistika idarəsinin xidmətlərinin inkişaf etdirilməsi və yaxşılaşdırılması üçün müvafiq iradə və potensialın olmasını zəruri edir. KOB komponenti birbaşa olaraq DVX ilə məlumat mübadiləsinin yaxşılaşdırılmasına, benefisar qurumlarda həll yollarının formalaşdırılmasına və potensialın artırılmasına məsul qərarverici şəxslər üçün KOB statistikasının təmin edilməsinə həsr edilib.
Konkret məqsədi
Layihənin spesifik məqsədi statistik biznes reyestrlərinin gücləndirilməsi və biznes statistikası metodologiyasının Avropa İttifaqı standartlarına və gələcək məlumat tələblərinə yönəldilmiş biznes statistikasına uyğunlaşdırılması məqsədilə Dövlət Statistika Komitəsinin (DSK) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin potensialını artırmaqdır.
Gözlənilən nəticələr
- Statistik Vahidlərin Dövlət Reyestrinin (SVDR) saxlanması və yenilənməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mənbə məlumat bazalarında tətbiq olunan məlumatların keyfiyyətinin idarə edilməsi standartlarının təkmilləşdirilməsi;
- SVDR-də statistik vahidlərin uyğunluğu üzrə modelin işlənib hazırlanması;
- SVDR-nin zəruri səviyyədə saxlanması və yenilənməsi üçün proqram təminatı funksiyalarının yenilənməsi və genişləndirilməsi məqsədilə məntiqi sxemin hazırlanması;
- Azərbaycanda biznes statistikasının (BS) yenidən layihələndirilməsi;
- Aİ/İƏİT prinsiplərinə uyğun KOB üzrə illik statistika hesabatlarının hazırlanması, təqdimatı və paylanması;
- Statistik plan, təhlil, hesabatlılıq və məlumatların paylanması sahəsində DSK, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və KOBİA-nın işçi heyətinin potensialının artırılması.
Layihə sənədləri
Beneficiaries
Workshop on facilitate the implementation of a national cooperation board for users and suppliers of Administrative Data
Assessment of the current situation as regards the State Tax Service under the Ministry of Economy data transmission process and update process of SRSU
Developing Work Plan for Component 3
Developing Work Plan for Component 2
Developing Work Plan for Component 1 and its Subcomponents
Layihə xəritəsi
Foto qalereya
Workshop on facilitate the implementation of a national cooperation board for users and suppliers of Administrative Data
Steering Committee Meeting No.4
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Qoruyan tərəfdaşlıq
Alt sektor:
Dövlət idarəçiliyi və dövlət administrasiyası
Mövzular:
Səmərəli idarəçilik
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
25.06.2020
Bitmə tarixi:
24.04.2022
Aİ Layihə nömrəsi:
167-053