Skip to main content

Ümumi Tranzit Proseduru Konvensiyası, Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi Konvensiyası və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (YKTS) qoşulmaq prosesində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə Dəstək

Təsvir
Layihənin ümumi məqsədi Azərbaycanın mövcud Aİ gömrük sistemləri ilə əlaqəsini asanlaşdırmaq və Aİ ilə Azərbaycan arasında ticarətin asanlaşdırılması məqsədilə sadələşdirmələr təmin etməkdir.
Layihə üç komponentə bölünür:
1) Tranzit üzrə Zəmanət İdarəetmə Sisteminin tətbiqi də daxil olmaqla, Ümumi Tranzit Proseduru Konvensiyasına, Vahid İnzibati Sənəd və bir-biri ilə qarşılıqlı əlaqəsi olan Aİ qanunvericiliyi ilə uyğunlaşdırılmasına dair müvafiq hüquqi bazanın hazırlanması.
2) Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (YKTS) tələblərinə cavab vermək məqsədilə ölkənin İKT strategiyası nəzərə alınmaqla DGK-nin mövcud İT sisteminin təkmilləşdirilməsinə dəstək.
3) Ümumi tranzit proseduru və YKTS sisteminin tətbiqi, o cümlədən hədəf qruplarına çatdırılan inteqrasiya edilmiş sistem də daxil olmaqla, prosedurların istifadəsi ilə əlaqədar olaraq DGK-nin institusional və insan potensialının gücləndirilməsi.
Konkret məqsədi
Layihənin xüsusi məqsədi Azərbaycan Respublikasının 20 may 1987-ci il tarixli Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi haqqında Konvensiyaya və Ümumi Tranzit Konvensiyasına (CTC) qoşulmasını və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (YKTS) həyata keçirilməsinə hazırlıq prosesini dəstəkləmək məqsədilə müvafiq hüquqi, inzibati və texniki mühitin yaradılmasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə yardım etməkdir.
Gözlənilən nəticələr
Üç komponentdən gözlənən əsas nəticələr:
- DGK-nə Ümumi Tranzit Konvensiyası, SAD Konvensiyası, tranzit üçün Təminat İdarəetmə Sisteminin tətbiqi də daxil olmaqla, bununla əlaqəsi olan digər Aİ qanunvericiliyi ilə uyğunlaşdırılma üçün hüquqi bazanın inkişafında dəstək verilməsi;
- DGK-nın İT sisteminin təkmilləşdirilməsi və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tələblərinə cavab verməsi;
- Ümumi Transit Prosedurunun və YKTS sisteminin tətbiqi, hədəf qruplarına inteqrasiya edilmiş sistem daxil olmaqla, prosedurun istifadə edilməsi ilə əlaqədar olaraq DGK-nın institusional və kadr potensialının gücləndirilməsi.
Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Qoruyan tərəfdaşlıq
Alt sektor:
Dövlət idarəçiliyi və dövlət administrasiyası
Mövzular:
Səmərəli idarəçilik
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
01.06.2020
Bitmə tarixi:
31.03.2022
Veb-sayt:
N/A
Sosial media:
N/A
Aİ Layihə nömrəsi:
415-703