Skip to main content

Aİ tərəfindən maliyyələşən layihə çərçivəsində “Humanitar Fəaliyyət üzrə Oriyentasiya” təlimi keçirilib

19/12/2023

13-15 Dekabr 2023-cü ildə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) tərəfindən həyata keçirilən “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının potensialları arasındakı boşluğun aradan qaldırılması” layihəsi çərçivəsində 12 Vətəndaş Cəmiyyəti Təşkilatı (VCT) üçün “Humanitar Fəaliyyət üzrə Oriyentasiya” təlimi keçirilib.

Təlimin ilk günü IFRC-nin Azərbaycan üzrə Proqram və Əməliyyatlar üzrə meceneri Serdar Günel, IFRC-nin Cənubi Qafqaz ölkələri üzrə Nümayəndəliyinin Proqram Koordinatoru, İvar Skram və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) vitse prezidenti Qafar Əsgərzadənin açılış nitqi ilə başlayıb.

3 gün davam edən təlim VCT-ləri dəstəkləmək, inkişaf etdirmək və onların humanitar yardım səylərinə töhfələrini artırmaq məqsədi daşıyırdı. Təlim zamanı fandreyzinq, kommunikasiya, icmaların cəlb edilməsi, maliyyə, satınalma, könüllülük, fəlakət risklərinin idarə edilməsi, psixi sağlamlıq və psixososial dəstək, nağd pul və vauçer yardımı, layihənin idarə edilməsi və s. üzrə IFRC və AzQAC-ın ekspertləri bu sahələrlə bağlı faydalı çıxışlar ediblər. İştirakçıların da təlim zamanı aktiv qatılımı təlimin daha interaktiv və müzakirəyə açıq formatda keçməsinə dəstək oldu. Təlimin sonunda VCT iştirakçılarına sertifikatlar təqdim olunub.