Skip to main content
Culture as a bridge: bringing Europeans and Azerbaijanis closer together

Mədəniyyət körpüsü: avropalıları və azərbaycanlıları nə birləşdirir

22/05/2017

  • Mobillik və insanlararası əlaqə
  • Mədəniyyət

Yelena Vəliyeva “Berlinale” kimi tanınan Berlin beynəlxalq kino festivalında qonaq qismində iştirak etmək istənilən Avropa kinomatoqrafiyasını sevən və dəyərləndirənlər üçün böyük sevincdir. Bu il bu cür imkan Azərbaycan Dillər Universitetinin məzuni, 26 yaşlı Günay Mirzəyevanın qismətinə düşüb.

Günay “Berlinale”yə səfəri esse müsabiqəsində qazanıb. Müsabiqə VII Avropa kinofestivalı çərçivəsində Avropa İttifaqı (Aİ) tərəfindən 2016-cı ilin oktyabrında elan edilib.

“Emosiyaları sözlərlə ifadə etmək çətindir. Bu, çox heyranedici idi! Hər tərəfdə bayram ab-havası vardı: sanki Berlində kino sənayesinin qəlbi döyünürdü. Və bu həyəcanı hər kəs hiss edə bilərdi”, – deyə Günay o anları xatırlayır.

“Qırmızı xalıda dünya ulduzları, hər tərəfdə pərəstişkarlar və sairə… Bütün bunlardan insanın ruhi canlanırdı”, – deyə Günay 70 illik tarixə malik Berlin festivalındakı ab-havanı təsvir edir.

Avropa kinomatoqrafiyasının çoxdankı pərəstişkarı olan gənc qız əmindir ki, Avropa kinosu sadəcə əyləncə formatında deyil, eləcə də yeni biliklər üçün mənbədir.

Avropa kinofestivalı artıq Bakıda ənənəyə çevrilib: belə ki, yeddinci ildir ki, ard-arda tədbir minlərlə kinomanı öz ətrafında toplayaraq ildən-ilə kino məkanların sayını genişləndirir. Aİ Nümayəndəliyi, buraya üzv-ölkələrin səfirlikləri və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil edilən festival Aİ və Azərbaycan arasında mədəni əlaqələrin inkişafına yönəlib.

Esse müsabiqəsi son iki ildə tamaşaçılar arasında yeniliyə çevrilib. Günay Mirzəyevanın yazdığı esse müsabiqənin ən yaxşısı seçilib. Burada Günay mədəni əməkdaşlıq olaraq, xüsusilə kinomatoqrafın Avropa ilə Azərbaycan arasında anlaşma körpüsünü yaradaraq azərbaycanlı tamaşaçılar üçün Avropa mədəniyyətini açır.   

“Sinq Strit” (2016-cı il) musiqili dramı Günayın Avropa mədəniyyəti və həyat tərzi ilə bağlı stereotipləri dəf etməsinə kömək oldu: Avropa ailəsində dəyərlərin vacib rol oynamadığı, tolerantlıq hisslərinin avropalılara yad hiss olması ilə bağlı. 

Günay Mirzəyeva bu il “Berlinale”yə səfər etməyi qazanan yeganə bakılı deyil. Aİ Nümayəndəliyi ən yaxşı jurnalist işinə görə – Xeberlent nəşrinin əməkdaşı Kamal Məmmədovun (Kamal Yaşar təxəllüslü) “Bağlı gözlərlə rahat yaşamaq olur” (2013-cü il) məqaləsini də seçir.

Bakılılar arasında Avropa kinofestivalı ilə yanaşı, Aİ Nümayəndəliyi tərəfinfən təşkil edilən digər tədbir də az maraq doğurmur. Söhbət bütün Avropanın miniatür formada təqim olunduğu “Avropa şəhərciyi” meydançasından gedir.

Burada Avropa xalqlarının ənənələri haqda bir çox maraqlı məqamları öyrənmək və bunların “dadına” baxmaq mümkündür: milli rəqs və mahnıları öyrənmək, Avropa mətbəxinin milli təamlarından dadmaq, məşhur qəhrəmanlar, müxtəlif xalqların milli atributları ilə şəkil çəkdirmək, eləcə də bir çox ölkələrin nümayəndələri ilə tanış olmaq mümkündü.

Bir qayda olaraq, 2013-cü ildən Azərbaycanda keçirilən “Avropa şəhərçiyi” proqramında azərbaycanlı və avropalı gənclərin çıxışı daxildir. Ötənilki tədbirin qonaqları məşhur fransız DJ Devid Vendetta və skripkaşı Micah idi.

Bir neçə il “Avropa şəhərciyi” İşəri şəhərdə keçirilib. 2016-cı ildə Bakı bulvarının köhnə hissəsində daha geniş ərazini əhatə edərək iki gün davam etdi. Bu tədbir Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının 25 illik yubileyinə həsr olunmuşdu.

EuroVillage

Aİ tərəfdaş-ölkələrin mədəni eyniliyini yüksək dəyərləndirərək, mədəniyyət və incəsənət sahəsinə də böyük əhəmiyyət verir. Azərbaycanda Aİ Nümayəndələyinin rəhbəri Malena Mard Azərbaycanda mədəniyyətin zəngliyini və müxtəlifliyinin mövcudluğunu qeyd edərək, buna avropalılar tərəfindən böyük əhəmiyyət verdilyini də vurğulayır.

“Mədəniyyət Avropa ölkələri ilə Azərbaycan arasında körpü rolunu oynayır. Mədəniyyət və incəsənət sahəsində birgə layihələrin çoxluğu, eləcə də incəsənət yönümlü nümayəndələr arasında əlaqələr təqdirəlayiq haldır”, – deyə səfir bildirib.

“Maddi və qeyri-maddi mədəni irs iqtisadiyyatın inkişafı və milli orijinallığın dəstəyi üçün böyük əhəmiyyəti kəsb edir. Aİ-yə üzv-ölkələr və Azərbaycan bu yeni reallığı bölüşdürərək, ümumi qərarların yaradılmasında birgə çalşırlar”, – deyə Malena Mard bildirir.

Son iki ildə “Şərq Tərəfdaşlığı” (ŞT) üzrə Aİ-yə üzv-ölkələrlə Aİ arasında həyata keçirirlən ən iri layihə – “Mədəniyyət və yaradıcılıq”dır. 

Proqram Azərbaycanda və ŞT regionu ölkələrində mədəniyyət və yaradıcı iqtisadiyyat sahəsində insan potensialının inkişafına, eləcə də mədəniyyət sahəsinin müasirləşdirilməsinə və əməkdaşlıqla tərəfdaşlığın yaradılamasına yönəlib. Azərbaycanda layihəni  British Council-un rəhbərlik etdiyi konsorsium həyata keçirir.

“Azərbaycan artıq 25 ildir ki, uğurlu müstəqil dövlət kimi inkişaf edir. Ölkə kreativ sənayenin inkişafı üçün qiymətsiz potensiala sahib olaraq istehsalat, xidmət, ticarət və əyləncə sahəsinə yeni həyat bəxş edir”, – British Council-dən layihənin əlaqələndiricisi Sevinc Ağazadə bildirir.

Bu sahə dünya ÜDM-inin 7%-ni təşkil edərək hər il 10% artım proqnozlaşdırır. Bu sahə istehsalat və xidmət sahələrindən daha tez inkişaf edərək Aİ-də işverənlər üzrə üçüncü hesab olunur. Burada misal üçün, məşhur avto istehsalçılardan 2,5 dəfə çox yer var”, – o, Azərbaycanda mədəniyyət sahəsinin müasirləşdirilməsinin vacibliyini aydınlaşdırır.

Layihənin həyata keçirildiyi iki il ərzində mədəniyyət sektorunda strateji islahatlara dəstək sahəsində araşdırmalar aparılıb, incəsənət istiqamətində, eləcə də KİV nümayəndələri üçün seminarlar təşkil edilib. 2016-cı ilin oktyabrından strateji planlama, layihə tətbiqlərinin yazılması, maliyyənin cəlb edilməsi, kommunikasiya, mədəni təşkilatlar üçün layihə menecmenti üçün ödənişsiz onlayn kurslar fəaliyyət göstərir. 

Layihənin iştirakçılarından biri gənc azərbaycanlı yazar, Azərbaycan Yazıçılar Birliyinin, eləcə də Böyük Britaniyanın Yazıçılar İttifaqının üzvü Leyli Salayeva oldu. Onun sözlərinə görə, bu cür proqramda iştirakın dəyəri təkcə yeni biliklərin əldə edilməsi deyil, eləcə də mədəniyyət və incəsənətin müxtəlif sahələrindən olan insanlarla qarşılaşma imkanından ibarətdir. 

“Proqramda teart, kino, musiqi, tətbiqi sənət, art menecerlərlə yanaşı, tərcüməçilər də iştirak edirdi. Praktiki tapşırıqlar zamanı bu cür müxtəliflik məsələyə hərtərəfli yanaşmağa, iştirakçıların təcrübəsini, eləcə də incə məqamları nəzərə almağa imkan verir”, – deyə Leyli Salayeva söyləyir.

“Mədəniyyəy və yaradıcılıq” layihəsi zamanı iştirakçıların əldə etdiyi faydalı biliklərdən biri  də öz sənətinə hərtərəfli yanaşma və auiditoriyanın marağını cəlb etmək idi.

 “Tapşırılardan biri oxuduğumuz kitabı iki cümlə ilə elə ifadə etmək lazımdır ki, bununla auditoriyanı marağını cəlb etmək idi. Bu, məni öz kitbını düzgün təqdim etmək, uğurun bəzən xırda məqamlarda gizləndiyini düşünməyə sövq etdi”, – ingilisdilli şeirlər toplusu İngiltərə Kitabxanasının kataloquna salınmış Leyli danışır.

Cari ilin yayında Minskdə əlilliyi olan, proqramlaşdırma qabilliyətinə sahib gənclər üçün yay məktəbinin təşkil olunması planlaşdırılır. Layihə çərçivəsində Belorusda mədəniyyət və incəsənət sektorunda inkişafla tanış olunacaq. Həmçinin gənclərin öhdəsinə bu sahədə proqram təminatının işlənib hazırlanması düşəcək. 

Azərbaycanda da mədəniyyət sahəsində sistemli idarəetmənin modernləşməsi işləri aparılır. Buna Aİ-nin maliyyələşdirdiyi tvinninq layihə həsr olunub ki, bu da Azərbaycan və İtaliya Mədəniyyət nazirlikləri arasında həyata keçirilir. Layihənin mahiyyəti – müasirləşdirilmiş qanunverici baza əsasında mədəniyyət sahəsində sistemli idarəetmənin tətbiqindən ibarətdir.

Aİ standartlarının bazası əsasında Azərbaycan muzeylərinin fəaliyyət sisteminin müasirləşdirilməsi işin digər istiqamətlərindən biridir.

Layihənin İtaliyanın Mədəniyyət Nazirliyindən olan koordinatoru Alessandro Biançinin sözlərinə görə, layihənin məqsədi – Azərbaycan muzeylərini mədəniyyət sahəsində periferiya institutundan mədəni və iqtisadi həyatın sərbəst iştirakçılarına çevirməkdən ibarətdir. Bu, ölkənin sosial inkişafı və turizm potensialının möhkəmlənməsinə yardımçı olacaq.

“Qarşıya qoyulmuş məqsədləridən biri də muzeylərin özünütəminat səviyyəsidir. Bununla yanaşı, muzeyləri iqtisadiyytın ayrıca sahəsi kimi baxmaq da düzgün deyil. Hətta dünyanın ən məşhur və böyük muzeyləri belə öz gəlirləri hesabına özünü qismən təmin edə bilər”, – A.Biançi hesab edir.

Hazırda Azərbaycanın mədəniyyət və incəsənət sahəsinə əsasən dövlət tərəfindən sərmayə qoyulur. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyində qeyd edildiyi kimi, yaranmış təcrübənin devrilməsi, eləcə də mədəniyyət və incəsənətin sərfəli iqtisadi seqmentinin yaradılması inkişafın aparıcı istiqamətidir.