Skip to main content

Dünyanı gözəlləşdirməyə özündən başlayır

02/02/2021

“SEEDS” layihəsinin hədəf rayonlarından biri olan Samux rayonunun kənd sakini Lalə xanımın (ad şərtidir) psixo-sosial vəziyyətini və məşğuliyyətini təyin etmək üçün fərdi sorğu aparılmışdır. Sorğu nəticəsində Lalə xanımın ailədə iqtisadi və psixoloji təzyiqə məruz qaldığı, eyni zamanda, ailədə gender bərabərliyinin pozulması müəyyənləşdirilmişdir. Lalə xanım “SEEDS” layihəsi tərəfindən İcma Qadın Qrupunun üzvlərinə müxtəlif mövzularda keçirilən təlimlərdə iştirak etmiş və fərdi bərbərlik kursuna yönəldilmişdir. Bir müddət sonra öz kəndində “Yaqut” qadın gözəllik salonu açan Lalə usta kimi fəaliyyətə başlayır və hal-hazırda bərbərlik peşəsini iki tələbəyə öyrədir.