Skip to main content

Xəyalə Yəhyayeva, gözəllik salonunun “gözəl” işçisi

29/04/2024

Xəyalə yaşadığı mənzildə yaxın qohumlarına gözəllik xidmətləri göstərirdi. Müştərilərinin sayı az idi, ona ay ərzində cəmi 10-15 şəxs müraciət edirdi. İşini genişıləndirmək üçün o, Avropa İttifaqının maliyyələşdirdiyi layihəyə müraciət etdi. Layihə Xəyalənin yaşadığı əraziyə yaxın yerləşən bir gözəllik salonu ilə razılaşaraq onun işə qəbul edilməsinə dəstək oldu, onu iş otağında güzgü və lazım olan mebel əşyaları ilə təmin etdi. Nəticədə Xəyalə bacarıqlarını daha yaxşı istifadə edə və müştərilərinə göstərdiyi peşəkar xidmətlər çeşidini artıra bildi. Saç kəsimi və makiyaj/kosmetika xidmətləri üçün müraciət edən müştərilərinin sayı isə gün ərzində 8-10-dək yüksəldi. Gəliri artdığından maliyyə vəziyyətini yaxşılaşdıra, ailəsinə, o cümlədən orta məktəb və universistetdə oxuyan dörd övladına dəstək ola bildi.