Skip to main content

Aİ-nin dəstəyilə AzQAC-ın Göyçay bölməsində IFRC-nin “Yerli strukturların təşkilati bacarıqlarının və imkanlarının təhlili” təlimi keçirilib

22/05/2024

15-16 may 2024-cü ildə, Avropa İttifaqı (EU) tərəfindən maliyyələşdirilən “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının potensialları arasındakı boşluğun aradan qaldırılması” layihəsi çərçivənsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) ilə birlikdə AzQAC-ın Göyçay rayon bölməsində “Yerli strukturların təşkilati bacarıqlarının və imkanlarının təhlili (BOCA)” adlı təlim proqramı həyata keçirib.

Bu tədbir BOCA alətlərinin AzQAC bölmələrinin inkişaf fəaliyyətlərinə inteqrasiya edilməsi istiqamətində beşinci seminar olub.

Seminar AzQAC-ın BOCA üzrə fasilitatorları Elçin Hüseynli, Elnarə Cəfərova və Rahid Məmmədov tərəfindən həyata keçirilib. Seminar zamanı Göyçay rayon bölməsinin əməkdaşları və könüllüləri üçün qurumun bacarıqlarının dəyərləndirilməsi, inkişafı üçün ehtiyac duyulan önəmli addımların təyin edilməsi və müvafiq planın işlənib, hazırlanması kimi mövzular ələ alınıb. Pilot BOCA seminarlarının nəticəsi AzQAC tərəfindən analiz edilir, bu yeniliyi bütün ölkə üzrə mövcud olan AzQAC bölmələrində tətbiqi nəzərdə tutulur.