Skip to main content

Avropa İttifaqının maliyyələşdirdiyi layihə Azərbaycanda nar istehsalı və müəssisələrini, həmçinin bazar standartlarını təkmilləşdirir

16/12/2022

Avropa İttifaqının maliyyələşdirdiyi və iki davam etmiş “STEP” layihəsinin 2022-ci ilin 16 dekabr tarixində başa çatması Kürdamir rayonu Muğanlı kəndində mini zavodun rəsmi açılışı və Göyçay rayonu Qaraməryəm kəndində “Nar vadisi” turizm məkanına səfərlə qeyd edilmişdir. Layihə nəticəsində Azərbaycanın 7 (yeddi) rayonunda nar istehsalçılarının məhsuldarlıq göstəricisi 25-35% artmış, yeni mini zavodun işə salınması ilə yerli istehsalçılar əlavə bazar satışı vasitəsilə təsərüfatlarını genişləndirmək üçün istehsal həcminin artmasından faydalanacaqlar.

“Avropa İttifaqı İşgüzar fəaliyyət naminə” (EU4Business) layihəsinin bir hissəsi olaraq 27 ay davam etmiş “Narçılıq dəyər zəncirində üstün keyfiyyətin əldə edilməsi və dəyişikliklərə dəstək” (STEP) layihəsinin bağlanış mərasimi Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) tərəfindən təşkil edilmişdir. Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Saatlı, Sabirabad və Ucar rayonlarında 2 000-dən çox nar istehsalçısı 2020-ci ilin avqust ayından 2022-ci ilin oktyabr ayınadək Avropa İttifaqının maliyyə dəstəyindən bəhrələnmişdir.

Tədbir Avropa İttifaqı və hökumətdən olan tərəfdaşlar, həmçinin benefisiarlar, tərəfdaş təşkilatlar və yerli KİV nümayəndələrinin bir araya gəlməsinə müvəffəq olmuşdur. Açılış nitqində Viktor Boykov, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Avropa İttifaqının kənd ərazilərinin inkişafına və Azərbaycan iqtisadiyatını şaxələnməsinə göstərdiyi dəstəkdən bəhs etmişdir.

Mərasimdə aşağıdakı tərəfdaşlar da çıxış etmişdirlər: Elxan İbrahimov, Kürdəmir Rayon İcra hakimiyyətinin başçısı, Elşən Cəbrayılov, Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, Fərhad Qaraşov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) sədri, Səbuhi Həsənov, “STEP” layihəsinin meneceri və Rəhim Məmmədov, Göyçay Kob dostu.

Səfər zamanı qonaqların mini zavodun göstərdiyi xidmətlərdən yenicə yararlanmağa başlamış Kürdəmir və Saatlı rayon fermerləri ilə görüşmək imkanı olmuşdur. Avropa İttifaqının maliyyələşdirdiyi, standartlara uyğunluq sertifikat almış və ortaq müəssisə kimi fəaliyyət göstərən mini zavodun yaratdığı əlavə dəyər yerli nar istehsalçılarına məhsullarını emal edərək bazara çıxarmaqda yardım göstərməkdən ibarətdir. Son məqsəd isə yerli ticarət miqyasında çıxaraq beynəlxalq miqyaslı ixraca nail olmaqdır.

Bir gün davam etmiş tədbirin yekun mərhələsində qonaqlar “STEP” layihəsinin benefisiarı Yeganə Nuriyeva ilə görüşmək və yerli məhsullardan dadmaq üçün Göyçay rayonu Qaraməryəm kəndində yerləşən və Avropa İttifaqının maliyyələşdirdiyi “Nar vadisi” turizm məkanına getmişdirlər. Yerli və əcnəbi turistlərin qala biləcəyi bu məkanda balıq tutmaq üçün göllə yanaşı, açıq havada düşərgə həyatı və at çapmaq üçün şərait də vardır.

Avropa İttifaqı, nou-xau və resurslarını, həmçinin müqəddəratını tədricən bir araya gətirmək qərarını vermis 27 üzv dövlətdən formalaşıb. Bu dövlətlər birlikdə, 60 ildən uzun sürən genişlənmə dövrü ərzində milli-mədəni rəngarənglik, tolerantlıq və fərdi qaydada aparılan islahatlar mühitini saxlamaqla stabillik, demokratiya və dayanıqlı inkişaf coğrafiyasını qurmuşdur. Avropa İttifaqı qazandığı nailiyyət və dəyərlərini hüdudlarından kənarda yerləşən ölkələr və yaşayan xalqlarla bölüşmək iltizamını daşıyır.