Skip to main content

Cənubi Qafqaz: Ali Nümayəndə / Vitse-Prezident Josep Borrelldən səlahiyyət alan Avstriya, Litva və Rumıniya xarici işlər nazirlərinin səfəri

23/06/2021

Avropa Komissiyasının Ali Nümayəndəsi və Vitse Prezidenti Z.A. c-b Jozep Borrel Fontellesdən səlahiyyət almış Avstriya Respublikasının Avropa və Beynəlxalq Əlaqələr üzrə Naziri Z.A. c-b Aleksandr Şallenberq, Litva Respublikasının Xarici İşlər Naziri Z.A. c-b Qabrielius Landsbergis və Rumıniya Respublikasının Xarici İşlər Naziri Z.A. c-b Boqdan Auresku cari ilin 25-26 iyun tarixlərində Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcəklər.

Ali Nümayəndə adından həyata keçirilən səfər Avropa İttifaqının bu ölkələrlə ikitərəfli münasibətlərinə, Cənubi Qafqaz bölgəsinə və Aİ-nin Şərq Tərəfdaşlığı mexanizminə verdiyi əhəmiyyəti vurğulayacaqdır. Səfər o cümlədən Şərq Tərəfdaşlığı çərçivəsində mövcud olan imkanlar vasitəsilə Aİ-nin həm Cənubi Qafqaz ölkələri ilə, həm də onlar arasında daha geniş əməkdaşlığı dəstəkləməyə hazır olduğunu göstərir. Bu yaxınlarda Aİ Xarici İşlər Nazirləri arasında keçirilmiş qeyri-rəsmi Xarici İşlər Şurasında (Gümnix) Aİ-nin Şərq qonşuluğundakı münaqişələrə dair aparılmış müzakirələrin ardından, səfər, Aİ-nin münaqişələrin həlli istiqamətində davamlı və hərtərəfli səyləri təşviq etmək və onları fəal şəkildə dəstəkləmək əzmini vurğulayacaqdır.

Nazirlər Bakıda Azərbaycanın Prezidenti İlham Əliyevlə, Ermənistanın Prezidenti Armen Sarkissyan və Baş naziri vəzifəsini icra edən Baş Naziri Nikol Paşinyanla Yerevan, Gürcüstanın Baş Naziri İrakli Qaribaşvili ilə Tbilisidə görüşəcəklər. Səfər eləcə də 2021-ci ilin dekabrında keçirilməsi planlaşdırılan Şərq Tərəfdaşlığı sammitinə hazırlıq çərçivəsində Aİ-nin üç ölkəni dəstəklədiyi mesajını çatdıracaqdır.

Nazirlər, səfərin sonunda şənbə günü 26 iyun tarixində yerli vaxtla saat 15:00 (CEST saat 13:00) Tblisidəki Aİ Nümayəndəliyində mətbuat konfransı keçirəcəklər (CEST).

Cənubi Qafqaz və Gürcüstan Böhranı üzrə Aİ-nın Xüsusi Nümayəndəsi c-b Toyvo Klaar Nazirləri səfər zamanı müşayiət edəcəkdir. Nazirlər iyul ayında keçiriləcək Xarici İşlər Şurasında Aİ-nın Xarici İşlər Nazirlərinə səfər barədə məlumat verəcəklər.

Səfərin foto-video materialları müvafiq olaraq Avropa İttifaqının Ermənistan, Azərbaycan və Gürcüstandakı Nümayəndəlikləri tərəfindən təmin ediləcəkdir.