Skip to main content

Bərabərlik Nəsili – Təsvir edin! BMT Qadın, Avropa Komissiyası, Belçika, Fransa və Meksika qlobal səviyyədə Komiks və Karikatura Yarışmasına start verir

31/01/2021

BMT Qadın, Avropa Komissiyası, Belçika, Fransa və Meksika Hökümətləri və “Cartoon for Peace” (Barışıq naminə Karikatura) Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının 25-ci ildönümünü qeyd etmək üçün qlobal səviyyədə Komiks və Karikatura Yarışmasına start verir.

BMT Qadın, Avropa Komissiyası, Belçika, Fransa və Meksika Hökümətləri və “Cartoon for Peace” (Barışıq naminə Karikatura) Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının 25-ci ildönümünü qeyd etmək üçün qlobal səviyyədə Komiks və Karikatura Yarışmasına start verir.

Qadın və qız uşaqlarının səlahiyyətlərinin artırılmasına yönəlik ən görməli gündəm olan 1995-ci il tarixli Pekin Bəyannaməsi və Fəaliyyət Platforması, bərabərliyi və qeyri-ayrıseçkiliyi təmin etmək üçün strateji, cəsarətli addımlar atmağa öhdəlik götürmüş 189 hökumət tərəfindən Çinin Pekin şəhərində qəbul edildi.

25 il əvvəl Pekində verilmiş vəd yalnız qismən yerinə yetirildi. Beləliklə, hələ də bir çox qadın üçün sosial ədalət əlçatmaz qalmaqdadır.

Yarımçıq qalmış gender bərabərliyi və qadın hüquqları məsələsi barədə məlumatlandırmanı artırmaq məqsədilə təmənnasız göstərilən qayğı və görülən ev işlərinin bölüşdürülməsindən tutmuş qadın və qız uşaqlarına qarşı cinsi zorakılıq və zorakılığın bütün formalarına son qoymaq naminə mübarizəyədək geniş çeşidli sahələrdə gender bərabərliyinə dair arzularını təsvir etmək üçün dünyanın 18-28 yaş arasında olan bütün gəncləri Müsabiqə iştirak etməyə dəvət olunur.

“Cartoon for Peace” ilə əməkdaşlıqda, Meksikalı karikaturaçı Boligán və Fransız komiks rəssamı Adène və Belçikanın Baş Naziri Alexander De Croo və BMT Qadında İcraçı Direktoru Phumzile Mlambo-Ngcuka da daxil olmaqla təşkilatçı tərəfdaşların yüksək səviyyəli nümayəndələri münsiflər heyətinə daxil olacaqlar. Münsiflər heyəti üç finalçı seçəcəkdir ki, onlar da Parisdə Bərabərlik Nəsili Forumunun açılış mərasimində mükafatlandırılacaq və iştirak etməyə dəvət olunacaqlar.

BMT Qadınların təşkil etdiyi, Fransa və Meksikanın həmsədr olduğu, vətəndaş cəmiyyətinin rəhbərlik etdiyi və tərəfdaş olduğu Bərabərlik Nəsili Forumu iddialı gender bərabərliyi üçün investisiyaları və öhdəlikləri müəyyənləşdirmək və elan etmək üçün hökumətləri, şirkətləri və istənilən yaş və cinsdən olan dəyişiklik gətirən şəxsləri bir araya toplayacaqdır.

Mükafatlandırılan karikaturalar sərgilənəcək, eləcə də Barış üçün Karikatura onlayn platformasında nümayiş olunacaqdır.

Karikaturalar 14 mart 2021-ci il tarixinədək təqdim edilməlidir.

Müsabiqə ilə bağlı əlavə məlumat və prinsiplər aşağıdakı internet səhifəsindən əldə etmək olar:

https://www.unwomen.org/en/news/stories/2021/1/announcement-comic-and-cartoon-competition