Skip to main content

Azərbaycan: İctimai siyasətlərin təhlili və araşdırılması istiqamətində vətəndaş cəmiyyəti təşkilatlarının bacarıqları artırılır

Avropa İttifaqı və BMTİP tərəfindən ictimai siyasətlər və təhlili üzrə Bakıda dördgünlük təlim proqramı təşkil edilib. 

Təlim proqramı Aİ tərəfindən maliyyələşdirilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində həyata keçirilib və məqsədi qərar qəbuletmə prosesində vətəndaş cəmiyyəti təşkilatlarının iştirakını artırmaqdır.

Proqramda Azərbaycanın 14 rayonundan 40 vətəndaş cəmiyyəti təşkilatı və fəal qruplar iştirak edib. Onlar məlumatların toplanması və təhlilinin müxtəlif üsulları haqqında biliklərini dərinləşdirərək siyasətlərin hazırlanması prosesinin mərhələləri daxil olmaqla ictimai siyasətin bir sıra baza konseptləri barədə ətraflı öyrəniblər. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Original source: EU Neighbours east