Avropa İttifaqının EU4Digital Akademiyasının “Kibertəhlükəsizlik” kursu artıq azərbaycan dilində mövcuddur
02/07/2025
EU4Digital Akademiyasının Kibertəhlükəsizliyə dair ödənişsiz kursunda iştirak edin və məxfiliyinizi qorumağı, dələduzluqla qarşılaşanda nə etməyi və rəqəmsal dünyada təhlükəsizliyinizi qorumağı öyrənin => https://bit.ly/45rPcTx
Kurs kibertəhlükəsizliyin əsaslarından bəhs edir.
İzləmənin, şəxsi məlumatların oğurlanmasının və məlumat sızmalarının qarşısını almağı öyrənin
Fişinq, zərərli proqramların quraşdırılması və sosial mühəndislik kimi çox rast gəlinən rəqəmsal təhlükələri aşkar edin
Qarşısını alma, aşkarlama və bərpa kimi əsas müdafiə strategiyaları ilə tanış olun
Şifrələmə, heşləşdirmə və rəqəmsal imzalar kimi vasitələrin nə olduğunu öyrənin
Kibertəhlükəsizlik üzrə fərdi fəaliyyət planınızı hazırlayın
İnternetdə məlumat axtararkən, alış-veriş edərkən və ya işlə bağlı elektron məktublarınıza baxarkən məlumatlarınızın qorunmasını öyrənmək çox vacibdir.
We use cookies and similar technologies to improve your experience on our website.