Skip to main content

“Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi“ layihəsi çərçivəsində təlim keçirilmişdir

19/11/2021

18-19 noyabr 2021-ci il tarixində Avropa İttifaqının maliyyələşdirdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının əsas benefisiar olduğu “Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi“ layihəsi çərçivəsində akkreditasiya qaydalarının pilot sınağı üçün təlim keçirilib. Layihə “IBF International Consulting“ şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Layihənin məqsədi Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq təhsilin doktorantura səviyyəsində daxili və xarici keyfiyyət təminatı prosesinin qurulması və elmi müəssisələrin akkreditasiyası üzrə yeni mexanizmlərin tətbiqini təşkil etməkdir. Bu məqsəd çərçivəsində keyfiyyət təminatı və akkreditasiya ilə bağlı qaydaların hazırlanması, kadrların bacarıqlarının artırılması və akkreditasiya prosesinin rəqəmsallaşdırılması nəzərdə tutulur.

Təlim 28-29 oktyabr tarixində keçirilmiş təlimlərin məntiqi davamı olaraq akkreditasiya qaydalarının pilot sınağını keçirəcək ekspertlər üçün təşkil edilib.

18-19 noyabr tarixlərində keçirilən təlimdə elmi müəssisələrin (təşkilatların) akkrediyasiyası standartları, prosedurları, ekspertlərin akkreditasiyada rolu, digər iştirakçıların rolları və prosedurların həyata keçirilməsi vaxtı qabaqcıl təcrübədən istifadə mövzuları əhatə olunub.