Skip to main content

Aynur Kərimli, turşu biznesinin sahibəsi

29/04/2024

Aynur Kərimli iki bacısı, Nigar və Səlimə ilə Şəkidə yaşayır. Mahir aşpaz olan Aynur hər zaman turşu biznesinə girişmək arzusunda olub. COVID-19 pandemiyasından sonra bacıları ilə birlikdə Avropa İttifaqının maliyyələşdirdiyi dəstək layihəsindən xəbər aldıqdan sonra Aynur xəyallarında yaşatdığı biznesi daha aydın şəkildə görməyə başladı. Layihə bacıları ilk gündən dəstəklədi, onları turşu tutmaq və onu qablaşdırmaq üçün tərəvəz, şüşə balon və digər lazımi ləvazimatlarla təmin etdi. Nəticədə bacılar bir mövsüm ərzində müxtəlif reseptləri sınadılar, “ANS” (Aynur, Nigar, Səlimə) etiketi (yarlığı) altında müxtəlif çeşiddə turşu və mürəbbə, o cümlədən xiyar turşusu, sirkəyə qoyulmuş soğan, kompot, əncir mürəbbəsi, pomidor əzməsi və duza qoyulmuş mərcanı hazırladılar. Cəmi 300 şüşə. Əvvəlcə satış ağır getsə də, layihənin köməyi ilə həmin çətinliklər aradan qaldırıldı. Restoranlarla danışıqlar aparıldı və nəticədə satış həcmi xeyli artdı. Bacılar əsas yola yaxın yaşadığından, məhsullarını daha asan sata bildilər. “Adama bir dəfə əl uzadırlar, bundan sonra öyrənmək istəyin varsa irəliləyəcəksən” – deyə Aynur bildirmişdir.