Avropa İttifaqının Ali Nümayəndəsi Azərbaycan və Ermənistanı sərhədlərin delimitasiyası və demarkasiyasını danışıqlar yolu ilə həll etməyə çağırıb
21/05/2021
İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
Təhlükəsizlik, sərhədlərarası əməkdaşlıq və sərhədlərin mühafizəsi
Mayın 14-də Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə əlaqədar bəyanat yayıb.
Bəyanatda deyilir ki, Avropa İttifaqı vəziyyəti yaxından izləyir.
Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino mayın 13-də Ermənistanın xarici işlər naziri Ara Ayvazyan ilə danışıb. Mayın 14-də isə Sannino Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla əlaqə saxlayıb. Eyni zamanda Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ATƏT Sədrliyi ilə əlaqə saxlayıb.
İnternet səhifəsindəki trafiki yaxşılaşdırmaq və təhlil etmək üçün kukilərdən istifadə edirik. Bu internet səhifəsindən istifadə etməklə, şəxsi məlumatların qorunması üzrə siyasətimizi qəbul edirsiniz.