Avropa İttifaqının Ali Nümayəndəsi Azərbaycan və Ermənistanı sərhədlərin delimitasiyası və demarkasiyasını danışıqlar yolu ilə həll etməyə çağırıb
21/05/2021
İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
Təhlükəsizlik, sərhədlərarası əməkdaşlıq və sərhədlərin mühafizəsi
Mayın 14-də Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə əlaqədar bəyanat yayıb.
Bəyanatda deyilir ki, Avropa İttifaqı vəziyyəti yaxından izləyir.
Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino mayın 13-də Ermənistanın xarici işlər naziri Ara Ayvazyan ilə danışıb. Mayın 14-də isə Sannino Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla əlaqə saxlayıb. Eyni zamanda Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ATƏT Sədrliyi ilə əlaqə saxlayıb.