Skip to main content
Photo: European Union

Avropa İttifaqı Azərbaycanda elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsini dəstəkləyəcək

15/07/2021

  • İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
  • İdarəçilik, qanunun aliliyi və insan hüquqları
  • Mobillik və insanlararası əlaqə
  • Təhsil və peşə təlimi

İyulun 7-də Bakıda Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçiriləcək “Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi” layihəsinin təqdimatı keçirilib.

Layihənin məqsədi Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq təhsilin doktorantura səviyyəsində daxili və xarici keyfiyyət təminatı prosesinin qurulması və elmi müəssisələrin akkreditasiyası üzrə yeni mexanizmlərin tətbiqini təşkil etməkdir. Bu məqsəd çərçivəsində keyfiyyət təminatı və akkreditasiya ilə bağlı qaydaların hazırlanması, kadrların bacarıqlarının artırılması və akkreditasiya prosesinin rəqəmsallaşdırılması nəzərdə tutulur.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Aİ-nin Azərbaycanda elmin və təhsilin inkişafına göstərdiyi dəstək haqqında ətraflı məlumat verib. “Təhsil və elmi tədqiqat sahəsindəki əməkdaşlıq bilik və təcrübənin sərbəst hərəkəti üçün imkan yaradır və bu da özlüyündə inkişaf etmiş iqtisadiyyat və açıq cəmiyyətin yaranmasında, həmçinin qarşılıqlı anlaşmanın güclənməsində əsas rol oynayır“.

Hazırda Azərbaycanda 104 elmi müəssisə fəaliyyət göstərir. Layihə müddətində bəzi elmi müəssisələrin pilot akkreditasiyasının həyata keçirilməsi gözlənilir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama