Skip to main content

Avropa Parlamenti Ukraynanın Aİ-yə üzv olmaq üçün namizəd statusunun verilməsinə dair müraciətini qəbul edib

Avropa Parlamentinin “Rusiyanın Ukraynaya qarşı təcavüzü” mövzusunda keçirilən növbədənkənar plenar iclasında çıxış edən Avropa Parlamentinin prezidenti Robert Mersola bildirib ki, martın 1-də Avropa Parlamenti Ukraynanın ittifaqa üzv olmaq üçün namizəd statusunun verilməsi ilə bağlı müraciətini qəbul edib.

Mersola deyib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin xahişindən sonra Avropa Parlamenti Ukraynanın ittifaqa üzv olmaq istiqamətində səylərini tanıyır. “Qətnaməmizdə açıq-aydın qeyd olunduğu kimi biz Ukraynanın ittifaqa üzv olmaq üçün bu ölkəyə namizəd statusunun verilməsi ilə bağlı müraciətini alqışlayır və bu məqsədə nail olmaq istiqamətində çalışacağıq. Biz gələcəyə birlikdə baxmalıyıq”.

Parlamentin iclasında çıxışı zamanı Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bu addımı dəstəkləyib və bunları qeyd edib: “Son danışığımız zamanı o, bir daha mənə xalqının İttifaqımıza qoşulmaq arzusundan söz açdı. Bu gün Aİ və Ukrayna həmişəkindən daha yaxındır. Qarşıda bizi uzun gözləyir. Biz bu müharibəyə son qoymalı və növbəti addımlar haqqında danışmalıyıq. Amma əminəm ki, Avropa dəyərlərimizi bu qədər cəsarətlə müdafiə edən bir xalqın Avropa ailəmizə mənsub olduğuna heç kim şübhə edə bilməz”.

Öz növbəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel əlavə edib ki, “Ukrayna prezidenti bizə ürəyini açdı. O, indi rəsmi olaraq bizə ünvanlanan elandan danışdı… Biz bu çağırışa uyğun olmalıyıq…” Şarl Mişel həmçinin Ukraynanın ittifaqa qəbul olunması çətin məsələdir, çünki ittifaqın genişlənməsi ilə bağlıdır. 

“Biz bilirik ki, Avropa İttifaqı daxilində bu məsələ ilə bağlı müxtəlif fikirlər var. Avropa Komissiyası Şuranın yayına bilməyəcəyi rəyini verməlidir. Şura edilən bu simvolik, siyasi, güclü və inanıram ki, qanuni tələbi ciddi şəkildə nəzərdən keçirməli olacaq. Sonra isə o, bu gün üz-üzə və hamımıza toxunan duyğularla edilən bu tələb qarşısında soyuqqanlı və qətiyyətlə istiqamət verməli və düzgün seçim etməli olacaq”.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Original source: EU Neighbours east