Avropa İttifaqı və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası Vətəndaş Cəmiyyətləri üçün humanitar sahədə LAYİHƏ MÜSABİQƏSİ elan edir
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT) üçün Azərbaycanda Layihə Müsabiqəsi elan edir.
Bu müsabiqə Azərbaycanda VCT-lər, yerli hakimiyyət orqanları və digər müvafiq maraqlı tərəflərlə tərəfdaşlıq və əməkdaşlıq çərçivəsində, VCT-lərin potensialını gücləndirərək böhranlardan və fövqəladə hallardan təsirlənən insanların ehtiyyacların azaldılmasına və dolanışıq vasitələrinin yaxşılaşdırılmasına töhfə vermək məqsədi daşıyır.
Layihə müsabiqəsi əhalinin ən həssas qruplarına, o cümlədən əlilliyi olan şəxslərə və məcburi köçkünlərə əsas yaşayış vasitələrinin və bərpa dəstəyinin təmin edilməsi, o cümlədən dolanışıq imkanlarına çıxışın yaxşılaşdırılması və benefisiarların sosial-iqtisadi imkanlarının genişləndirilməsi sahəsində layihə fəaliyyətlərini icra etməkdə seçilmiş VCT-lərə dəstək göstərəcək. Dəstək dolanışıq vasitələri və bərpa yönümlü tədbirlər, o cümlədən dolanışıq iş vasitələrinin təmin edilməsi, resursların bərpa edilməsi, bacarıqların artırılması və karyera məsləhətləşməsi, eləcə də yeni gəlir gətirən fəaliyyətlər/mikro-sahibkarlıq subyektləri vasitəsilə yaşayış vasitələrinin şaxələndirilməsi formasında olacaq.
Bu proqram çərçivəsində layihələrin icrasının aşağıdakı nəticələri verəcəyi gözlənilir:
- Yerli inkişaf proseslərində icma əsaslı və yerli təşkilatların iştirakının artması;
- Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında təkrarlana və ya genişləndirilə biləcək qabaqcıl təcrübələrin yaradılması;
- Yerli inkişaf gündəliyi çərçivəsində çoxtərəfli tərəfdaşlıq və koalisiyaların qurulması;
- VCT-lərin təşkilati mühitinin və daxili inkişafının formalaşdırılması, yaxud təkmilləşdirilməsi;
- İcmalar tərəfindən idarə olunan inklüziv və genderə həssas təşəbbüslərin sayının artması.
Ərizəçilər öz layihə təkliflərini elektron qaydada təqdim etməlidirlər.
- Müsabiqəyə müraciət haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz. (Qeyd edirik ki, müsabiqəyə müraciət 20 Oktyabr 2023-cü ildən etibarən mümkün olacaq)
- Ərizələrin qəbulu üçün son müraciət tarixi – 8 Dekabr 2023-cü il.
- Layihə müsabiqəsinin məlumatlandırma görüşü 20 oktyabr 2023-cü il, saat 11-də onlayn olaraq keçiriləcək.
- Məlumatlandırma görüşünə QOŞUL.
Layihə müsabiqəsinin məlumatlandırma görüşü ilə bağlı yaranan sualları info@yourngo.org.az ünvanına göndərə bilərsiniz.