Avropa İttifaqı biznes statistikasının toplanması, təhlili və yayılması sahələrində Dövlət Statistika Komitəsinə və Dövlət Vergi Xidmətinə dəstək verir

30/09/2020

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Biznes statistikasının toplanması, harmonizasiyası, təhlili, nəşri və yayılması sahələrində Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək” Tvinninq layihəsinin rəsmi açılış tədbirinin 29 sentyabr 2020-ci il tarixində videokonfrans formatında baş tutacağını diqqətinizə çatdırmaq istərdik.

Layihə Finlandiyanın Statistika İdarəsi (aparıcı təşkilat), Litvanın Statistika İdarəsi və Niderland Krallığının Statistika İdarəsindən ibarət konsorsium tərəfindən həyata keçirilir. Əsas benefisiar təşkilatlar Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti və Kiçik və Orta Biznesin İnkişafı Agentiyidir.

Tvinninq layihəsinin ümdə məqsədi Azərbaycanda özəl sektorun fəaliyyətini ölçən biznes statistikasının toplanması, emalı, harmonizasiyası, təhlili, nəşri və yayılması sahəsində yerli mütəxəssislərin potensialının artırılmasıdır.

Layihə çərçivəsində statistik biznes reyestrlərinin gücləndirilməsi və biznes statistikası metodologiyasının Aİ standartlarına uyğunlaşdırılması məqsədilə Dövlət Statistika Komitəsinin (DSK) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin potensialının artırılmasını hədəfləyən missiyaların keçirilməsi nəzərdə tutulmuşdur.

Layihənin büdcəsi 1 milyon avro təşkil edir. 17 ay davam edəcək bu layihə 25 iyun 2020-ci il tarixində işə başlamışdır. 17 ay davam edəcək bu layihə üzrə iş 25 iyun 2020-ci il tarixində başlamışdır.

Əlavə məlumat üçün: http://stat.fi/aztwinning

Bu səhifədə verilən məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qoruması ilə tənzimlənir. © Avropa İttifaqı 2021