Skip to main content

Aİ-ÜST layihəsi xəstəxanalardakı infeksiyaların profilaktikası və nəzarət komitələrinə təlim keçib

22/07/2021

Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində ÜST-nin Azərbaycandakı Nümayəndəliyi COVİD-19-a qarşı mübarizəyə dəstək məqsədilə tibb işçilərinə təlimlərə davam edir. Xəstəxana daxilində yoluxucu xəstəliklərin, o cümlədən COVID-19-un yayılmasına qarşı ən önəmli mübarizə vasitələrindən olan infeksiyaların profilaktikası və nəzarət (İPN) tədbirlərinə dair tibb işçilərinin bilik və bacarıqlarının artırılması bu təlimlər sırasında xususi diqqət yetirilən istiqamətlərdəndir.

Tibb müəssisələrində infeksiyaların profilaktikası və nəzarət (İPN) tədbirlərinin qiymətləndirməsi missiyaları ilə müəyyən edilmiş ehtiyacların qarşılanması məqsədilə və TƏBİB-in İnfeksion xəstəliklərin təhlili və idarə edilməsi şöbəsi ilə əməkdaşlıqda ölkənin 13 şəhər və rayonunda yerləşən 29 tibb müəssisəsində fəaliyyət göstərən İPN komitələrinə təlim keçilib. 56 tibb işçinin qatıldığı qatıldığı və ÜST-nin Səhiyyədə Fövqəladə Hallar Proqramının Cənubi Qafqaz üzrə Mərkəzinin eksperti tərəfindən bir neçə sessiya şəklində keçilən təlimdə ÜST-nin İPN-lə bağlı əsas komponentlərinə əsaslanmaqla komitələrinin işinin effektiv şəkildə təşkil edilməsi, o cümlədən  mövcud İPN tədbirlərnin müstəqil şəkildə monitorinq və qiymətləndirilməsinin həyata keçirilməsi barədə barədə məlumatlar paylaşılıb. Təlim iştirakçıları, həmçinin,  xəstələrin müalicə prosesinin nəticələrini xeyli yaxşılaşdıran əl gigiyenasını gücləndrimək üçün bütün lazımi bilik və bacarıqlarla təchiz olunub.

Aİ-ÜST layihəsi Azərbaycanda tibb müəssisələrində fəaliyyət göstərən İPN komitələrinin işinin gücləndirilməsini dəstəkləməyə davam etməyi hədəfləyir. Bu komitələrin fəaliyyəti təkcə COVID-19 və digər yoluxucu xəstəliklərin yayılmasına qarşı deyil, həm də antimikrob preparatlara qarşı rezistentlik və xətəxana daxilində infeksiyaların yayılmasına qarşı daha yaxşı mübarizə aparmağa kömək edəcək.