Skip to main content
Photo: European Union

Aİ tərəfindən maliyyələşdirilən peşə təhsili müəssisələrində "Açıq qapı" günləri keçirilir

04/06/2021

  • İqtisadi inkişaf və bazar imkanları
  • Məşğulluq və sahibkarlıq
  • Mobillik və insanlararası əlaqə
  • Gənclər
  • Təhsil və peşə təlimi

Mayın 27-də Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi Gəncə, Cəlilabad və Şəkidə fəaliyyət göstərən peşə təhsili mərkəzlərində “Açıq qapı” günlərinin keçirilməsinə başlayıb. 

Məqsəd peşə təhsili mərkəzləri haqqında cəmiyyətə daha çox məlumat vermək və peşə təhsilinin gənclər üçün cəlbediciliyini artırmaqdır.

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi ilə tərəfdaşlıq çərçivəsində ilk belə virtual tədbir Gəncədə keçirilib. Virtual tədbirə 300-dən artıq iştirakçı qatılıb. Onlar Azərbaycanda hal-hazırda peşə təhsili sisteminin müasirləşdirilməsinə yönəlmiş tədbirlər, belə müəssisələrə qəbul qaydaları, eləcə də Gəncədə fəaliyyət göstərən peşə təhsili müəssisələrindəki maddi-texniki baza haqqında məlumat alıblar.

Daha çox öyrən

Mətbuat üçün açıqlama